Şərbət – içki

Hazırlanması

redaktə

Şərbətlərin hazırlanmasında şəkər, ətirli-ədviyyəli bitkilər, meyvə-giləmeyvə, qaynadılıb soyudulmuş və ya buzdan istifadə edilir.Bəzi şərbətlərə boymadərən, bədmüşkqızılgüldən çəkilmiş gülab əlavə edilir.

Azərbaycanın müxtəlif rayonlarında qəndab, xoşab, səhləb, iskəncəbi, ovşala (oşara), xoşab, kimi sərinləşdirici içkilərdən də istifadə edilir. Əgər şərbət süfrəyə ağzı enli su qrafinlərdə və bardaqlarda verilirsə, onda şərbətə buz tikələri salmaq olar, butulka və ağzı dar qrafinlərdə verildikdə isə şərbəti əvvəlcədən soyuducuda saxlayıb soyudurlar. Şərbətlərin dadını yaxşılaşdırmaq üçün onlara limon turşusu və ya limon şirəsi əlavə edilir.

Şərbətlərin tərkibində 60 %dən az olmayaraq şəkər olur. Meyvə-giləmeyvə şərbətləri təbii və süni olur. Şərbətləri hazırlamaq üçün meyvə-giləmeyvə ekstraktlarından da istifadə edilir.

Şərbətlərdən albalı şərbəti, qızılgül şərbəti, ərik şərbəti, innab şərbəti, yubiley şərbəti, gül-nar şərbəti, limon şərbəti, meyvə şərbəti, nar şərbəti, nanəli şərbət, heyva şərbəti, reyhan şərbəti, sumaq şərbəti, turşəng şərbəti, çuğundur şərbəti, şəkər şərbəti və s.-ni göstərmək olar.