Şikar Bədəlov

Şikar Bədəlov (5 fevral 1986, Şamaxı)— Azərbaycanlı kikboksçu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısı, "Kings of Kings" dünya kəmərinin sahibi.

Şikar Bədəlov
Şəxsi məlumatlar
Tam adıŞikar Maqsud oğlu Bədəlov
VətəndaşlığıAzərbaycan Azərbaycan
Doğum tarixi (38 yaş)
Doğum yeriŞamaxı, Azərbaycan SSR, SSRİ
Boyu170 m
Çəkisi75 kq
İdman növüKikboksinq
Karyera illəri2015—h.h

Həyatı və təhsili

redaktə

Bədəlov Şikar Maqsud oğlu 1986-cı fevralın 5-də Şamaxı şəhərində anadan olub. 1993-2003-cü illərdə Şamaxı şəhərində yerləşən 5 nömrəli orta məktəbdə təhsil alıb. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alıb.

İdmançı kariyerası

redaktə

2017-ci ildə Almaniyanın Herni şəhərində kikboksinqin K1 versiyası üzrə "Fight Vision Europe" yarışında iştirak edib[1]. 13 ölkədən 26 idmançının iştirak etdiyi yarışda alman rəqibini 3-cü raundda texniki nokautla məğlub edərək qalib olub[2].

2018-ci ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısıdır[3]. 2018-ci il iyunun 2-də Almaniyanın Düsseldorf şəhərində kikboksinq üzrə peşəkarlar arasında reytinq döyüşü olan XXII “Heroic battle”-a qatılıb[4].

2021-ci ildə Türkiyənin Konya şəhərində kəmər döyüşünə çıxıb. Döyüşün birinci raundunda iranlı İbrahim Xezaini ilk dəqiqəsində nokautla məğlub edərək Dünya kəmərini qazanıb[5][6].

2023-cü il fevralın 5-də "Kings of Kings"[en] dünya kuboku çərçivəsində Türkiyənin İstanbul şəhərində Yahya Kemal Beyatlı Mərkəzində mərakeşli Noordin El Benmofu[7] I raundun 1-ci dəqiqəsində nokautla məğlub edərək dünya kubokunu qazanıb[8].

İstinadlar

redaktə
  1. "Azerbaijani kickboxer wins international tournament" (ingilis). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2017-06-12. 2017-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-23.
  2. "İdmançımız alman rəqibini nokauta saldı" (az.). azvision.az. 2017-06-12. 2023-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-23.
  3. "Kikboksçumuz Şikar Bədəlov İstanbulda dünya kuboku yarışlarının qalibi olub" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2023-02-06. 2023-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-21.
  4. Səbuhi Tofiqoğlu. "Şikar Bədəlov "Qəhrəmanlıq döyüşü"nə çıxacaq" (az.). oxu.az. 2018-06-01. 2023-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-23.
  5. "Kikboksçumuz Şikar Bədəlov növbəti qələbəsini qazanıb" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2021-07-02. 2023-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-23.
  6. "Dünya kəmərinin sahibi Şikar Bədəlov ölkəmizə döndü" (az.). azerforum.com. 2021-07-04. 2023-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-23.
  7. "Azerbaijani kickboxer crowned World Cup champion in Istanbul" (ingilis). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2023-02-07. 2023-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-23.
  8. "Şikar Bədəlov dünya kubokunu qazandı" (az.). sportline.az. 2023-02-05. 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-21.

Xarici keçidlər

redaktə