Axtaxana (Cəlilabad)

AxtaxanaAzərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.

Axtaxana
39°06′23″ şm. e. 48°22′54″ ş. u.
Ölkə Azərbaycan
RayonCəlilabad rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü287 m
Saat qurşağı
Əhalisi
Əhalisi220 (2009) nəfər
Xəritəni göstər/gizlə
Axtaxana xəritədə
Axtaxana
Axtaxana

Tarixi

redaktə

Kənd XVI əsrdə Azərbaycanın şimalında yaşamış türkdilli "padar" tayfasının bir qolu olan "axtaçı" tayfa adındandır. Kəndin ilk adı Axtacıxana olmuşdur. Sonradan "çı" şəkilçisi düşmüşdür. "Xana" isə ev məkan bildirir.[1]

Toponimikası

redaktə

Cəlilabad r-nunun Ağdaş inzibati ərazi vahidində kənd. Göytəpə çayının sahilində, Burovar silsiləsinin ətəyindədir. Oykonim axta və xana sözlərindən düzəlib, "heyvanların axtalandığı yer; at saxlanan yer" deməkdir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi vaxtilə Göytəpə çayı boyunca keçən köç yolunda yerləşən axtaxanada salındığı üçün belə adlandırılmışdır. ErmənistanÖzbəkistan toponimiyasında da Axtaxana oykonimləri qeydə alınmışdır.[2]

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 220 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

redaktə

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. Akademik Budaq Budaqovun Şəxsi Web Portalı Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine-Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629