Dövlət Miqrasiya Xidməti (Azərbaycan)

(Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti səhifəsindən istiqamətləndirilmişdir)

Azərbaycan Respublikasının Dövlət Miqrasiya XidmətiAzərbaycanda miqrasiya sahəsində dövlət siyasətinin aparılması, idarəetmə sisteminin, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 18 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə yaradılan dövlət orqanı.

Dövlət Miqrasiya Xidməti
Loqonun şəkli
Ümumi məlumatlar
ÖlkəAzərbaycan Azərbaycan
Yaradılma tarixi18 mart 2007
TabelikNazirlər Kabineti
Baş qərargahBakı
ÜnvanBinəqədi rayonu, Binəqədi şossesi 202, 3124-cü məhəllə
Rəhbərlik
RəisVüsal Hüseynov
Rəisin birinci müaviniVəli Nağıyev
Rəis müaviniElman Əliyev
Rəsmi saytımigration.gov.az/en

Dövlət Miqrasiya Xidmətinin rəisi 24 aprel 2018-ci ildən Vüsal Hüseynovdur.

Tarixi

redaktə

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə miqrasiya sahəsində dövlət siyasətinin aparılması, idarəetmə sisteminin, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq Dövlət Miqrasiya Xidməti yaradılıb.

Vəzifələri

redaktə

Azərbaycan Prezidentinin 20 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamənin III maddəsində Dövlət Miqrasiya Xidmətinin vəzifələri göstərilib.

Rəhbərləri

redaktə

İstinadlar

redaktə