Beşiktaş QVK

Beşiktaş Qadın Voleybol Komandası — 1961-ci ildə yaradılmış və günümüzə qədər də fəaliyyətini davam etdirir. Komanda Türkiyənin ən böyük üç idman klubundan biri olan Beşiktaş Gimnastika İdman Klubunun qızlar üçün voleybol şöbəsidir. Komanda hal-hazırda Acıbadem Qadınlararası Voleybol 1. Liqasında mübarizə aparır.

Türkiyə Beşiktaş Gimnastika Qadın Voleybol Komandası
Loqonun şəkli
Ölkə
Şəhərİstanbul
Ləqəb(lər)"Siyah-beyazlar"
Rəng(lər)qara-
Yaranma tarixi1961
MeydançaBJK Akatlar Arena
Tutumu3200
PrezidentiTürkiyə Fikret Orman
Baş məşqçisiTürkiyə Adnan Kistak
LiqaAcıbadem Qadınlararası Voleybol 1. Liqası
2013-147
Ev
Səfər
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

redaktə

Beşiktaş 1961-ci ildə yaradılarkən klub rəhbərləri elə də böyük komanda yaratmaq istəməmişlər.[1] Məqsəd hər idman növündə əzəli rəqibləri olan FənərbaxçaQalatasarayın hegomonluğuna son qoymaq idi. Beşiktaş yarandığı ildən etibarən dörd il müddətində Türkiyə Qadınlararası Voleybol Çempionatının qalibi Qalatasaray olmuşdu.

Nəhayət 1965-ci ildə Beşiktaş əzəli rəqibinin önündə birinci yeri tutdu və tarixindəki hələ ki, yeganə olan çempionluğunu yaşadı. (kişilər daxil) [2]

1970-ci illərdə ləğv edilən komanda uzun müddət voleybola geri qayıtmadı. Nəhayət 1986-cı ildə komanda yenidən bərpa edildi. 1992-93 mövsümündə isə 2-ci liqada lider olaraq əsas liqaya çıxa bildi Beşiktaş.

Komandanın Avropadakı ən böyük uğuru 2014-cü ilə təsadüf edir. 2013-14 mövsümündə Balkan kubokunu qazanaraq Avropa Qadınlar CEV Çağırış Kubokuna vəsiqə qazandı. Bu turnirdə böyük sensassiya imza ataraq finala qədər irəliləyən klub yalnız bu mərhələdə Rusiyanın Zareçye komandasına məğlub oldu.[3] Avropanın səviyyəcə üçüncü kubokunda gümüş medala yiyələnmək onlar üçün heç də asan olmadı. Belə ki, komanda finala qədər rəqiblərini 2 dəfə qızıl setdə məğlub etməli olmuşdu.[4]

Heyəti

redaktə

2013-14 mövsümü üçün[5][6]

NömrəOyunçunun adıMövqeyiÖlkəsi
1Marina TumasDiaqonal Belarus
2Naz DönerLibero Türkiyə
3Zeynep Seda EryüzToppaylayıcı Türkiyə
5Qabriyela KoyevaBlokçu Bolqarıstan
6Dilek KınıkLibero Türkiyə
7Nataliya Hanikoğlu Diaqonal Türkiyə
8Nilay KonarBlokçu Türkiyə
9Ayça Naz İhtiyaroğluLibero Türkiyə
10Seda TürkkanToppaylayıcı Türkiyə
12Tülin AltıntaşBlokçu Türkiyə
13Selime İlyasoğluHücumçu Türkiyə
14PaulaYamila NizetiçHücumçu Argentina
17Ceyda AktaşHücumçu Türkiyə
18Dicle BabatBlokçu Türkiyə

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. Somalı,Vâlâ; "1895-1986" Türk-Dünya Voleybol Tarihi", İstanbul (1986), səh: 275
  2. Milliyet, 26 Nisan 1965 Arxivləşdirilib 2017-07-22 at the Wayback Machine  (türk.)
  3. Beşiktaş Avrupa ikincisi Arxivləşdirilib 2014-04-04 at Archive.today  (türk.)
  4. BEŞİKTAŞ BAYAN VOLEYBOL TAKIMI, CEV CHALLENGE KUPASI’NA FİNALDE VEDA ETTİ[ölü keçid]  (türk.)
  5. Teknik Kadro Arxivləşdirilib 2021-04-23 at the Wayback Machine  (türk.)
  6. A BAYAN TAKIM Arxivləşdirilib 2022-07-24 at the Wayback Machine  (türk.)