Berlin Yəhudi Muzeyi

Berlin Yəhudi Muzeyi (alm. Jüdisches Museum Berlin‎) — Almaniyanın Berlin şəhərində iki min illik Alman yəhudilərinin xatirəsinə həsr olunmuş bir muzeydir. Muzey iki binadan ibarətdir. Birincisi, 18-ci əsrdə inşa edilən "Alman Kollegienhaus" adlı köhnə bir məhkəmə binasıdır. Digər bina muzey üçün xüsusi olaraq inşa edilmiş və Daniel Libeskind tərəfindən dekonstruktivizm üslubunda dizayn edilmiş yeni bir binadır. Berlin Yəhudi Muzeyi, Almaniyanın yenidən birləşdirilməsindən sonra Berlinin yenidən qurulması zamanı tamamlanmış ilk binalardan biridir. Muzey 2001-ci ildə rəsmi olaraq qapılarını ziyarətçilərin üzünə açdı.

Berlində anadan olmuş Prinston Universitetində professor olan və Cimmi Karterin ABŞ Prezidenti olduğu dövrdə ABŞ Xəzinədarlıq Departamenti vəzifəsini icra edən Maykl Blumenthal 1997-ci ildən bəri muzeyin müdiridir[1].

Qalereya

redaktə

İstinadlar

redaktə
  1. "Jüdisches Museum Berlin" (İngilis dili). www.jmberlin.de. 17 fevral 2020 tarixində arxivləşdirilib.

Əlavə mənbələr

redaktə
  • Daniel Libeskind — Jüdisches Museum Berlin, by Elke Dorner. Berlin: Gebr. Mann Verlag, 3. Auflage 2006. (ISBN 3-7861-2532-5; German content)
  • The Last Jews in Berlin, Leonard Gross (ISBN 0-553-23653-9)

Xarici keçidlər

redaktə