Bir zamanlar döyüşçü (film, 2011)

Bir zamanlar döyüşçü (teluquca:అనగనగా ఓ ధీరుడు, ingiliscə:Once Upon a Warrior) — Prakaş Kovelamudi tərəfindən teluqu dilində çəkilən 2011 İngiltərəHindistan fantastik macəra filmidir. Film Arka MediaDisney Channel tərəfindən çəkilib. Disneyin teluqu dilində çəkdiyi ilk filmdir. Filmin gəliri 200 milyon rupi dəyərində olub.

Bir zamanlar döyüşçü
Janrfentezi filmi[d][1]
DistribütorWalt Disney Studios Motion Pictures[d]
İlk baxış tarixi21 yanvar 2011
Ölkə
DilTeluqu dili
IMDbID1621994

Məzmunu

redaktə
Disney Channel

İrendri xalqa bədbəxtlik gətirən bir cadugərdir.Bir quru onu həbs edir, insanların həyatlarıyla oynamasına icazə vermir. Sonra isə onu yox edir. Yox edilmədən öncə İrendri özünü bir medalyona köçürür. Ölməyinə baxmayaraq ruhu həmin medalyonla yaşayır. Nəvəsi Priya isə bir çingənə olaraq yaşayır. Priya cadugər ailədə böyüdüyü üçün bütün sehrləri bilir.

Yodha isə romantik qılıncoynadandır. O, Priyanı sevir. Sudiqundum kəndin ağasıdır və bütün çingənələri öldürür. Yodha onu əngəlləyir və onu məğlub edir. Lakin, Sudiqundum bir plan edir və Yodhanın əllərini bağlayaraq bütün kəndə od vurur.

Bu vaxt Priyanın boynundakı medalyon düşür və İrendri medalyondan çıxır. Güclü İlan İrendriyə Priyanın bir damla qanının ona yenidən güc verəcəyini deyir. İrendri buna görə də, Priyanı həbs edir. Sudiqundum Yodhanı kor edir. Yodhanın ilahi gücü baş qaldırar və o, bir qızı-Mokhanı qurtarar. İntiqam üçün İrendri qonşu kəndin bütün uşaqlarını tanınmaz hala salır.

Durki bütün kəndi qurtarmağa çalışır. Güclü İlan İrendriyə deyir ki, Mokhanın qanı ona əsl gücü verər. İrendri adamlarını Mokhanın yanına göndərir. Lakin, Yodha hamısını öldürür. Mokhanın və Priyanın sağ olduğunu görür və onları qurtarır. Mokhanın ilahi gücüylə Yodhanın gözləri görməyə başlayır. Yodha elə edir ki, İrendri tamam yox olur və heç bir yerdə onun əsər-əlaməti qalmır. Kənd bayramını edir.

Mükafatlar

redaktə
İlMükafatNominasiyaQazanan
2011Nandi mükafatıƏn pis rolLakşmi Mançu
2011Nandi mükafatıƏn yaxşı vizual effektlərDisney və Poni Eqqon
2012SineMAA mükafatıƏn yaxşı aktrisaŞruti Həsən və Lakşmi Mançu
2012Filmfare mükafatıƏn yaxşı aktrisaŞruti Həsən
Baş rolda Siddhart Narayan

İstinadlar

redaktə