Black or White

Black or White — Maykl Ceksonun Dangerous albomundan olan ən uğurlu sinql. Sinql 8 noyabr 1991-ci ildə satışa çıxarılmışdır. Mahnı rokdans-pop janrlarının qarışdırılması əsasında yaradılmışdır. İrqi ayrıseçkiliyə qarşı yazılmış mahnının söz və musiqi müəllifi, həmçinin aranjimançısı Cekson özü, rep parçanın müəllifi isə Bill Bottrelldir. Mahnın girişindəki və eləcə də mahnı boyu səslənən gitar musiqi parçasının ifaçısı məşhur gitaraçı Slashdır.

Black or White
Maykl Cekson tərəfindən Dangerous albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi8 noyabr, 1991
Formatsinql
JanrRock, dance-pop
Dilingilis dili
Müddət04:15
ProdüserMaykl Cekson, Bill Bottrell
BəstəkarMaykl Cekson
Sözlərin müəllifiMaykl Cekson, rep: Bill Bottrell
StudiyaEpic Records
Maykl Cekson sinqllarının xronologiyası
"Speed Demon"
(1989)
"Black or White"
(1991)
"Remember the Time"
(1992)
Audio nümunəsi
Black or White mahnısının səslənməsi

Mahnı satışa çıxarıldığı gündən US Billboard Hot 100UK Singles Chart da daxil olmaqla iyirmi ölkənin hit paradlarında birinci yerə yüksəlmiş, həmçinin 1991-ci ilin ən çox satılan sinqlı olmuşdur.

Tamaşaçılarda maraq oyatmaq üçün Epic Records mahnıya çəkilmiş klipin təqdimatının keçirilməsndən yalnız iki gün əvvəl mahnının radiolarda yayımlanmasına icazə vermişdi. Mahnının tanıtımı 1991-ci ilin noyabrında New YorkLos-Anceles şəhərlərində başlanıldı və yalnız bundan bir həftə sonra sinql rəsmən satışa çıxarıldı.

Mahnıya çəkilmiş klip ilk dəfə 1991-ci 14 noyabr tarixində MTV, BET, VH1, və Fox telekenallarında yayımlanmışdır. Klipdə Jacksonla birgə Macaulay Culkin, Tess Harper, və George Wendt də rol almışdır. Klipin rejissoru Maykl Ceksonun Thriller klipinin də rejissoru olan John Landisdir. Bütün zamanların ən çox izlənən kliplərindən olan Black or White klipinin təqdimatı dünyanın 27 ölkəsində, 500 milyon tamaşaçının iştirkı ilə keçirilmişdir.

Mahnı 1992-ci ildə Robert Clivillés və David Cole remix edilmişdir. Remix versiyalar ayrıca daha çox "Black or White (The Clivillés & Cole (C&C) Remixes)" və ya sadəcə "Black or White (Remixes)" adıyla tanınan albom şəklində satışa çıxarılmışdır.

Kompozisiyaları

redaktə
Maxi CD
  1. "Black or White" (Single Version) – 3:22
  2. "Black or White" (Instrumental) – 3:22
  3. "Smooth Criminal" – 4:16
7" single
  1. "Black or White" (Single Version) – 3:22
  2. "Black or White" (Instrumental) – 3:22
Black Or White (The Clivillés & Cole Remixes)
  1. Black Or White (The Clivillés & Cole House / Club Mix) – 7:36
  2. Black Or White (The Clivillés & Cole House / Dub Mix) – 6:34
  3. Black Or White (The Underground Club Mix) – 7:29
  4. Black Or White (House With Guitar Radio Mix) – 3:53
  5. Black Or White (Tribal Beats) – 3:38

Visionary sinql

redaktə
CD side
  1. "Black or White" (Single version) – 3:22
  2. "Black or White" (Clivillés & Cole House Guitar Radio Mix) – 3:50
DVD side
  1. "Black or White" (Music video) – 11:00
  2. Enhanced With The Dangerous Pepsi Commercial!

Hit paradlarda

redaktə
Hit parad (1991)Yüksəldiyi
yer
ABŞUS Billboard Hot 1001
BKUK Singles Chart1
Dutch Singles Chart1
Australian Singles Chart1
Belgium Singles Chart1
Canadian Singles Chart1
French Singles Chart1
Irish Singles Chart1
New Zealand Singles Chart1
Norwegian Singles Chart1
Swedish Singles Chart1
Swiss Singles Chart1[1]
German Singles Chart1
Danish Singles Chart1
Hit parad (2009)Yüksəldiyi
yer
Austrian Singles Chart17
Danish Singles Chart22
French Digital Singles Chart9[2]
New Zealand Singles Chart16[3]
Norwegian Singles Chart18[4]
Swedish Singles Chart11[5]
Swiss Singles Chart7[1]
UK Singles Chart25[6]
US Billboard Hot Digital Songs[7]13

Sertifikatları

redaktə
ÖlkəsertifikatSatış
ABŞPlatinum1,000,000
Avstraliya2xPlatinum[8]140,000[8]
Yeni ZellandiyaPlatinum[3]15,000[3][9]
AlmaniyaGold[10]250,000

İstinadlar

redaktə
  1. 1 2 "Swiss Singles Chart Archives". hitparade.ch. July 7, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2009.
  2. "Download French Single Top 50". France. lescharts. 2011-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-30.
  3. 1 2 3 "The Official New Zealand Music Chart". Recording Industry Association of New Zealand (RIANZ). July 6, 2009. June 21, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 10, 2009. (#apostrophe_markup)
  4. "VG-Lista Topp 20". Vakthavende Journalist (VG). 2009. 20 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 July 2009. (#apostrophe_markup)
  5. "Arxivlənmiş surət". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  6. "UK Singles Chart". The Official UK Charts Company. July 11, 2009. June 29, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 11, 2009. (#apostrophe_markup)
  7. "Arxivlənmiş surət". 2009-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  8. 1 2 "Aria 50 Top Singles Charts". Australian Recording Industry Association (ARIA). July 6, 2009. May 18, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 10, 2009. (#apostrophe_markup)
  9. "The Official New Zealand Music Chart: Charts Facts". Recording Industry Association of New Zealand (RIANZ). July 6, 2009. September 26, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 10, 2009. (#apostrophe_markup)
  10. "The Official New Zealand Music Chart". 2009-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.

Həmçinin bax

redaktə