Bornun müəyyən edilməsi (film, 2002)

Bornun müəyyən edilməsi (ing. The Bourne Identity) — rejissor Duq Laymanın çəkdiyi və Robert Ludlumun eyniadlı romanından ekranlaşdırılmış Amerika bədii filmidir. Film yaddaşını itirmiş keçmiş CIA zabiti və peşəkar sui-qəsdçi Ceyson Born haqqındakı pentalogiyanın ilk filmidir.

Bornun müəyyən edilməsi
ing. The Bourne Identity
Janrdöyüş-triller[d], döyüş filmi, roman ekranlaşdırması[d], triller filmi, müəmma filmi[1]
Əsas mövzuAmneziya
Rejissor
Prodüserlər
İcraçı prodüserlərFrenk Marşall[d][2], Robert Ludlum[2]
Baş rollarda
Bəstəkar
İstehsalçılarUniversal Pictures, The Kennedy/Marshall Company[d], Barrandov studiosu
DistribütorUIP-Dunafilm[d], Netflix
İlk baxış tarixi6 iyun 2002, 26 sentyabr 2002[3], 6 iyun 2002[4], 12 iyun 2002[4], 14 iyun 2002[4], 2002
Müddət118 dəq.
Büdcə60.000.000 $
Gəlir214.034.224 $[5], 121.661.683 $[6]
Ölkələr
Dilingilis dili
Sonrakı filmBornun üstünlüyü (film, 2004)
Rəngrəngli
Çəkiliş yeriPraqa, Çexiya, Paris, İmperiya[d], Sürix, Roma, İsveçrə, Yunanıstan
IMDbID0258463

Süjet xətti

redaktə

İtaliyalı balıqçılar Aralıq dənizinin sularında huşsuz vəziyyətdə naməlum bir adam tapırlar. Göyərtəyə qaldırdıqları həmin şəxsin bədənində iki güllə yarası var, buduna isə İsveçrə bankındakı hesab nömrəsinin yazıldığı kapsula implantasiya olunub. Naməlum şəxs özünə gələn zaman kim olduğunu və başına nə gəldiyini yada sala bilmir. Lakin bir neçə dildə səlis danışa bilir və bir sıra digər inanılmaz bacarıqlara malikdir. Sürixdə kapsulda olan bank hesabından pul çıxardıqdan sonra, əsil adının Ceyson Born olduğunu öyrənir. Lakin bunun onun həqiqi adı olub olmadığını dəqiq bilmir. İtirilmiş “yaddaş zəncirlərini” bir-bir toplayan Born, Parisdə qaldığı mənzili tapır. Mənzilə ayaq basması böyük səhv olur. Çünki Bornu zərərsizləşdirmək əmri almış peşəkar qatil pusqudadır. Born nəyin nə yerdə olduğunu müəyyən etmək və kimlərin onun qətlində maraqlı olduğunu bilmək üçün mütləq keçmişi xatırlamalıdır. Bunun üçün təsadüfən tanış olduğu və ona kömək edən alman tələbə Merinin dəstəyinə ehtiyacı var.

İstinadlar

redaktə