Bu cütlüyü Allah yaradıb (film, 2008)

(Bu cütlüyü Tanrı yaradıb (film, 2008) səhifəsindən istiqamətləndirilmişdir)

"Bu cütlüyü Allah yaradıb" (hind. रब ने बना दी जोड़ी) — rejissor Aditya Çopranın filmi.

Bu cütlüyü Allah yaradıb
ing. Rab Ne Bana Di Jodi
hind. रब ने बना दी जोड़ी
Janrkomediya
melodram
musiqili
RejissorAditya Çopra
ProdüserlərAditya Çopra
Yaş Çopra
Ssenari müəllifiAditya Çopra
Baş rollardaŞahrux Xan
Anuşka Şarma
OperatorRavi K. Çandran
BəstəkarlarSəlim Merçant
Süleyman Merçant
İstehsalçıYash Raj Films
DistribütorNetflix
İlk baxış tarixi12 dekabr 2008
Filmin növübədii film
Müddət167 dəqiqə
ÖlkələrHindistan Hindistan
Dilhind dili
İl2008
Rəngrəngli
IMDbID1182937

Məzmun

redaktə

İlk görüşdə eşq. Surinder bir vaxtlar ona dərs demiş müəlliminin qızını görəndə məhz bu hissi keçirir. Aşiq olduğu qız – Tani gəncdir, lakin artıq nişanlıdır. Taninin atası ölüm ayağında Surinderdən Tanini himayə etməsini və onunla ailə qurmasını istəyir. Çünki Taninin nişanlısı yol qəzasında həlak olur. Çox utancaq və subay olan Surinder Tani ilə evlənir. Amma Tani atasının və keçmiş nişanlısının ölümündən sonra həmişə qəmgin görünür. Surinder Taninin xoşbəxtliyini geri qaytara bilmir. Onlar ər-arvad kimi yox, bir evə salınmış iki yad adam kimi yaşayırlar. Lakin Surinder Tanini dəlicəsinə sevir.

İş elə gətirir ki, Tani rəqs kursuna yazılır. Surinder özünü yeni bir imicə salaraq birdən-birə tamamilə başqa bir adama – "Rac"a çevrilir. Bu işdə ona dostu Bobbi yarım edir. Rəqs kursunda tərəfdaş bölgüsü aparılarkən Rac (Surinder) Tani ilə düşür. Tani öz ərini tanımır və getdikcə bu "Rac"a aşiq olur. Sonda yalnız bir problem qalır: Tani əslində kimi sevir – komik və səmimi Racı, yoxsa monoton və utancaq əri Surinderi?

Film haqqında

redaktə
  • Film bir çox mükafatlara layiq görülmüşdür.
  • Film prokatdan 850 milyon rupi gəlir əldə edərək[1] 2008-ci ilin hitləri sırasında ikinci yeri tutmuş və Bollivudun ən çox kassa gəliri əldə etmiş filmləri siyahısında altıncı olmuşdur.

Filmin musiqiləri

redaktə
  • Tujh Mein Rab Dikhta Hai
  • Haule Haule
  • Dance Pe Chance
  • Phir Milenge Chalte Chalte
  • Tujh Mein Rab Dikhta Hai
  • Dancing Jodi

Filmin heyəti

redaktə

Film üzərində işləyənlər

redaktə
Ssenari müəllifi : Aditya Çopra
Rejissor : Aditya Çopra
Operator : Ravi K. Çandran
Bəstəkarlar : Səlim Merçant, Süleyman Merçant
Prodüserlər : Aditya Çopra, Yaş Çopra

Rollarda

redaktə
AktyorRol
Şahrux XanSurinder (Suri) Sahni
Rac Kapur
Anuşka ŞarmaTaniya (Taani) Qupta
Vinay PatakBalvinder (Bobbi) Khosla
Manhmet Sinhqarajın sahibi Raca
Kacolkameo
Priti Zintakameo
Bipaşa Basukameo
Lara Duttakameo
Rani Mukhercikameo

İstinadlar

redaktə
  1. "Rab Ne Bana Di Jodi". 2015-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-09.

Xarici keçidlər

redaktə