Dünya Xor Oyunları

Dünya Xor Oyunları — İnterkultur fondu tərəfindən təşkil edilən dünyanın ən qlobal musiqi hadisəsi. Olimpiadanın əsas hədəfi, "Birlikdə oxumaq, xalqları birləşdirir" şüarı ilə izah olunur.[1]

Dünya Xor Oyunları
World Choir Games
Loqonun şəkli
StatusDavam edir
JanrXor musiqisi
MəkanMüxtəlif ev sahibi şəhərlər
Yaradılıbİyul 2000
İştirakçılarDünya ölkələri
Təşkilatçıİnterkultur fondu
interkultur.com/about/world-choir-games/

Mənşəyi

redaktə

Dünya Xor Oyunları(Keçmiş adla-Xor Olimpiadaları) anlayışı, xalqları incəsənət vasitəsilə bir araya gətirmək və xor musiqisinin dinc rəqabətini təşkil etmək ideyasından yaranmışdır. Beynəlxalq yarışmadakı əsas məqsəd, millətləri iştiraka yönəltmək və beləliklə qlobal cəmiyyət birliyini formalaşdırmaqdır. "Bir yerdə oxumaq, xalqları birləşdirir" şüarı, İnterkultur tərəfindən həyata keçirilən olimpiadanın əsas mövzusunu dəqiqliklə ortaya çıxarır.

İlk olimpiadaya Avstriya ev sahibliyi etmişdir

Dünya Xor Oyunları ilk dəfə 7-16 iyul 2000-ci il tarixlərində, Avstriyanın Linz şəhərində, 60 ölkənin iştirakı ilə baş tutmuşdur.[2]

Müxtəlif qitələrdən olan insanları xor musiqisinin çətiri altında bir araya toplamağı bacaran Dünya Xor Oyunları, müasir dünyamızda intibah dövrünü yaşayır və artıq qlobal tendensiyaya çevrilib.

Yarışma qaydaları

redaktə
"Dünya Xor Oyunları"nın açılış mərasimi. (Qras, 2008)

Dünya Xor Oyunları iki ildən bir müxtəlif kateqoriyalar üzrə, dünyanın əvvəlcədən təyin edilmiş ev sahibi ölkəsində təşkil olunur. Xor olimpiadaları "Çempionlar" və "Açıq" sinifləri üzrə konsert yarışlarından və digər kütləvi mərasimlərdən ibarətdir. "Çempionlar" müsabiqəsində, iştirakçı xorlar qızıl, gümüş və bürünc medallar uğrunda, "Açıq" yarışmalarda isə "Uğurlu iştirak" diplomunu əldə etmək üçün mübarizə aparırlar. Müxtəlif kateqoriyalar üzrə ən yüksək xal yaxud da qızıl medal qazanmış xor təmsilçisi, "Dünya Xor Oyunları Çempionu" adına layiq görülür.

Xor əsərləri

Qlobal incəsənət hadisəsi, musiqinin çoxsaylı janrlarını əhatə edir. Olimpiadada, Müqəddəs Xor Musiqisi(İlahilər), caz, pop, folklor üslublu xoral əsərlər mübarizəyə qoşulur.

Təmsilçilər

Dünya Xor Oyunlarının məxsusi özəlliklərindən biri də, iştirakçı xorlarda, orta yaş həddinin aşağı olmasıdır. İnterkultur fondu məhz bu səbəblə, müsabiqədə xüsusi "Seminarlar" hissəsi təşkil edir. Bu mərhələdə, dünyanın müxtəlif ölkələrindən olan gənc xor musiqiçiləri, məşhur ekspertlərin öndərliyində təlimlərə cəlb olunur.

Gündəliyi

redaktə

Dünya Xor Oyunlarının (WCG) təşkilat mərhələlərinə daxil olan əsas elementlər aşağıdakı siyahıda ətraflı şəkildə təqdim edilmişdir:[3]

  • Açılış Mərasimi - Dünya Xor Oyunları ənənəvi olaraq, İnterkultur fondunun prezidenti olan, almaniyalı Qüntər Teçş tərəfindən açılır və daha sonra ev sahibi ölkə özünü beynəlxalq ictimaiyyətə təqdim edir.
  • Ümumxalq paradları - Ev sahibi ölkənin meydan və küçələrində, dünyanın müxtəlif ölkələrindən olan xalqlar bir araya gələrək, vəhdət təşkil edir və beləliklə yarışmanın ikinci hissəsi yekunlaşır.
  • Dostluq konsertləri - Təmsilçi xorlar ev sahibi ölkənin əsas meydanlarında, pulsuz canlı konsertlər təşkil edir.
  • Bayram konsertləri - Bu hissəyə, beynəlxalq xorların təşkil etdiyi, biletli tədbirlər daxildir.
  • Əsas yarışma
  • Mükafat mərasimləri - Qlobal yarışmanın yekun nəticələrinə əsasən təmsilçilərə müxtəlif dərəcəli mükafatlar təqdim olunur. "Dünya Xor Oyunları Çempionu" adına layiq görülən xor təmsilçisi səhnəyə yaxınlaşır və dövlət himninin sədaları altında bayrağı yüksəldilir.
  • Seminarlar
  • Dünya Xor Şurasının Asambleyası - Bu mərhələdə, növbəti müsabiqəyə ev sahibliyi edəcək ölkənin adı müəyyən edilir.
  • Bağlanış mərasimi

Təfsilatlar

redaktə
İlMüsabiqəEv sahibiTarixlərÖlkə sayıİştirakçı xor sayıKateqoriyalarMedallar
QızılGümüşBürünc
20001-ci Xor Olimpiadaları[4]  Avstriya, Linz7–16 iyul60342286912434
20022-ci Xor Olimpiadaları[5]  Cənubi Koreya, Pusan19–27 Oktyabr48288255410238
20043-cü Xor Olimpiadaları[6]  Almaniya, Bremen8–18 iyul83360269816333
20064-cü Dünya Xor Oyunları[a][7]  ÇXR, Syamen15–26 iyul80400267514039
20085-ci Dünya Xor Oyunları[8]  Avstriya, Qras9–19 iyul934412813019127
20106-cı Dünya Xor Oyunları[9]  ÇXR, Şaoxinq15–26 iyul83472246611728
20127-ci Dünya Xor Oyunları[10]  ABŞ, Sinsinatti4–14 iyul643622310613919
20148-ci Dünya Xor Oyunları[11]  Latviya, Riqa9–19 iyul734602922917416
20169-cu Dünya Xor Oyunları[12]  Rusiya, Soçi6–16 iyul7328329116864
201810-cu Dünya Xor Oyunları[13]  Cənubi Afrika Respublikası, Tşvana4–14 iyul62300281349212
202111-ci Dünya Xor Oyunları[b]  Belçika, AntverpenGent30 Oktyabr–7 noyabr513081438361
202312-ci Dünya Xor Oyunları  Cənubi Koreya, Qanqneyunq3–13 iyul[14]Müəyyənləşəcək
202413-cü Dünya Xor Oyunları  Yeni Zelandiya, Oklend10-20 iyul[15]Müəyyənləşəcək

Qaliblər

redaktə

Aşağıdakı cədvəldə, Dünya Xor Oyunlarında ümumi medal sayına görə qələbə qazanmış ölkələrin, illər üzrə siyahısı göstərilmişdir:

MüsabiqəQalib ölkə
1-ci Xor Olimpiadaları Macarıstan
2-ci Xor Olimpiadaları  ÇXR
3-cü Xor Olimpiadaları  ÇXR
4-cü Dünya Xor Oyunları  Cənubi Koreya
5-ci Dünya Xor Oyunları  Cənubi Afrika Respublikası
6-cı Dünya Xor Oyunları  ÇXR
7-ci Dünya Xor Oyunları ABŞ
8-ci Dünya Xor Oyunları Latviya
9-cu Dünya Xor Oyunları Rusiya
10-cu Dünya Xor Oyunları Cənubi Afrika Respublikası
11-ci Dünya Xor Oyunları Belçika
12-ci Dünya Xor OyunlarıMüəyyənləşəcək

Qeydlər

redaktə
  1. 2006-cı il buraxılışından etibarən, beynəlxalq yarışmanın adı "Dünya Xor Oyunları" olaraq dəyişdirilmişdir.
  2. 2020-ci ildə keçirilməsi planlaşdırılan sayca 11-ci Dünya Xor Oyunları, Koronavirus pandemiyası səbəbilə 2021-ci ilə qədər təxirə salınmışdır.

İstinadlar

redaktə
  1. Tomczyk, Cari. "Singing together brings nations together". The Abington Journal. 27 August 2008. 28 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 September 2011.
  2. "1st Choral Olympics 2000". Interkultur. 19 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2018.
  3. "Arxivlənmiş surət". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-16.
  4. "1st Choral Olympics 2000". Interkultur. 19 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2018.
  5. "2nd Choir Olympics 2002". Interkultur. 19 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2018.
  6. "3rd Choir Olympics 2004". Interkultur. 19 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2018.
  7. "4th World Choir Games 2006". Interkultur. 19 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2018.
  8. "5th World Choir Games 2008". Interkultur. 19 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2018.
  9. "6th World Choir Games 2010". Interkultur. 19 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2018.
  10. "7th World Choir Games 2012". Interkultur. 10 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2018.
  11. "8th World Choir Games 2014". Interkultur. 9 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2018.
  12. "9th World Choir Games 2016". Interkultur. 10 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2018.
  13. "10th World Choir Games 2018". Interkultur. 30 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2018.
  14. "The 12th World Choir Games 2022 go to…KOREA". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-10.
  15. "Kia ora World Choir Games 2024!". 2022-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-10.