Degtyaryov pulemyotu (abr DP, ru: Ручной пулемёт Дегтярёвa Пехотный / Ruchnoy Pulemyot Degtyaryova Pekhotny), 1928-ci ildə SSRİ-də Vasily Degtyaryov tərəfindən hazırlanmış yüngül pulemyotdur.

1928-ci ildən 1960-cı ilə qədər istifadə edilmişdir. 7.62x54mm çapında güllələrdən istifadə edirdi. İstifadəsi çox asan və istehsalı da çox ucuz idi. Ən vacib xüsusiyyəti AK-47 kimi çirkə və palçığa qarşı müqaviməti olduqca güclü olub, hər cür iqlimdə istifadəsinin mümkünlüyü idi. Aparılmış testlər zamanı lüləsinin yanmasına baxmayaraq 500 mərmi ata bilməsi müəyyənləşdirilmişdir.

Qaleriya

redaktə