EA Digital Illusions CE AB

EA Digital Illusions CE AB (EA DICE; əvvəllər Digital Illusions HBDigital Illusions CE AB) — Stokholm-əsaslı İsveç videooyun istehsalı şirkəti. "DICE" 1992-ci ildə təsis edilmişdir və 2006-cı ildən bəri "Electronic Arts" şirkətinin filialıdır. İstehsal etdiyi videooyunlar arasında "Battlefield" seriyası, "Mirror's Edge", "Star Wars Battlefront" və "Star Wars Battlefront II" var. Buna əlavə olaraq, şirkət "Frostbite" mühərrikinin yaradıcıdır.

EA Digital Illusions CE AB
Ümumi məlumatlar
TipiFilial
SənayeVideooyun sənayesi
Məhsulları
Təsis tarixi1992 (32 il əvvəl) (1992)[1]
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi kapital 127.000 milyon kron[2] (2016)
Ümumi aktivlər 468.531 milyon kron[2] (2016)
Ümumi gəliri 1,176.949 milyon kron[2] (2016)
Xalis mənfəəti 65.584 milyon kron[2] (2016)
Əməliyyat mənfəəti 86.899 milyon kron[2] (2016)
Struktur
İşçi sayı640 (2016)
Ana şirkətElectronic Arts (2006–h.h.)
Rəhbərlik
Təsisçilər
dice.se
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"DICE" şirkəti "Digital Illusions" adıyla 1992-ci ilin may ayında İsveçin Vekşö şəhərində dörd nəfər – Ulf Mandorf, Olaf Qustavson, Fredrik Liliqren və Andreas Akselson tərəfindən təsis edilmişdir.[1] Onlar The Silents (azərb. Səssizlər‎) adlı bir demoqrupun keçmiş üzvləri idilər.[3][4]

Şirkətin işçiləri Vekşö Universitetinin tələbələri olduğu dövrdə şirkətin qərargahı və ofisi kiçik bir yataqxanada yerləşirdi. Onlar Amiga kompüterləri üçün "Pinball Dreams", "Pinball Fantasies" və "Pinball Illusions" kimi məşhur pinbol oyunları hazırlayırdılar. 1994-cü ildə şirkət Göteborq şəhərinə köçmüşdür. Onlar 2005-ci ilə qədər burada yerləşmişdilər. Həmin il "DICE" şirkətinin baş ofisi Stokholm şəhərində yerləşən "Refraction Games" ilə birləşmişdi.[5]

1998-ci ildə şirkət İsveçin fond birjasına daxil olmuşdur. "DICE" 1999-cu ildə "Codename Eagle" adlı bir oyun hazırlamışdır. Bu oyunun az diqqət cəlb etməsinə baxmayaraq, oyunun davamı olan "Battlefield 1942" şirkət üçün inqilabi bir videooyun olmuşdur. "Battlefield" seriyasının məşhurluğu şirkətin 2004-cü ildə 55 milyon ABŞ dolları dəyərində olması ilə nəticələnmişdir.[6]

2000-ci ilin yanvar ayında "DICE" "Refraction Games" şirkətini satın almışdır. Buna əlavə olaraq, onlar "Synergenix Interactive" şirkətinin 90%-ni satın almışdır. Şirkət bir il sonra, 2001-ci ilin mart ayında baş ofisi Kanadanın Ontario şəhərində yerləşən "Sandbox Studios" studiyasını satın almışdır.

Electronic Arts

redaktə

2004-cü ilin noyabr ayında videooyun nəşrçisi olan "Electronic Arts" "DICE" şirkətinin hər bir səhminə 61 İsveç kronu ödəyəcəyini açıqlamışdır.[7] 31 mart 2005-ci ildə "Electronic Arts" "DICE" şirkətinin 62%-nə sahib idi.[8]

2 oktyabr 2006-cı ildə "Electronic Arts" "DICE" şirkətinin bütün səhmlərini (2 milyon 600 min səhm) 175 milyon 500 min İsveç kronuna (23 milyon ABŞ dolları) satın almışdır.[8] "DICE" şirkətinin adı "EA Digital Illusions CE" olaraq dəyişdirilmiş, Baş Direktor Patrik Söderlund isə "EA" Studiya Baş Meneceri olmuşdur.[9] Fredrik Liliqren rəhbərliyindəki "DICE Canada" "Electronic Arts"ın şirkəti satın almasından dərhal sonra bağlanmışdır.[10]

2013-cü ilin may ayında şirkətin filialı olan "DICE Los Angeles" açılmışdır. "DICE LA" "Medal of Honor: Warfighter" videooyununun kommersial müvəffəqiyyətsizliyindən sonra bağlanan "Danger Close Games" studiyasının ofisində açılmışdır. Həmin studiyanın bir neçə işçisi "DICE LA" ofisinə göndərilmişdir.[11] "DICE Los Angeles" studiyası "Battlefield 4" videooyununun istehsalında "DICE Stockholm" ilə birgə işləmişdir.[12]

Məhsullar

redaktə

Videooyunlar

redaktə
İlAdPlatforma(lar)Qeyd
1992Pinball DreamsAmiga, MS-DOS, SNES
Pinball FantasiesAmiga, MS-DOS, SNES, 3DO
1994AmiganoidAmiga
Benefactor
HardcoreAmiga, Sega GenesisTam hazırlanıb, ancaq satışa çıxarılmayıb.
1995Pinball IllusionsAmiga, MS-DOS
1997True PinballPlayStation, Sega Saturn
S40 RacingMicrosoft Windows
1998MotorheadMicrosoft Windows, PlayStation
1999Swedish Touring Car ChampionshipMicrosoft Windows
2000Swedish Touring Car Championship 2
Test Drive RallyNintendo 64, PlayStationLəğv edilib.
Rally MastersMicrosoft Windows
Riding Champion: Legacy of Rosemond Hill
NASCAR HeatPlayStation"Monster Games" şirkəti ilə birlikdə.
2001Matchbox Emergency PatrolMicrosoft Windows
JumpStart Wildlife Safari Field TripPlayStation
JumpStart Dino Adventure Field TripGame Boy Color
Diva Starz: Mall Mania
ShrekXbox, GameCube
2002Rallisport ChallengeMicrosoft Windows, Xbox
Pryzm: Chapter One — The Dark UnicornPlayStation 2
Battlefield 1942Microsoft Windows, OS X
Shrek Extra LargeGameCube
The Land Before Time: Big Water AdventurePlayStation
V8 ChallengeMicrosoft Windows
2003Battlefield 1942: The Road to RomeMicrosoft Windows, OS XBattlefield 1942 üçün genişləndirmə paketi.
Midtown Madness 3Xbox
Battlefield 1942: Secret Weapons of WWIIMicrosoft Windows, OS XBattlefield 1942 üçün genişləndirmə paketi.
2004Battlefield VietnamMicrosoft Windows
Rallisport Challenge 2Xbox
2005Battlefield 2Microsoft Windows
Battlefield 2: Special ForcesMicrosoft WindowsBattlefield 2 üçün genişləndirmə paketi.
Battlefield 2: Modern CombatPlayStation 2, Xbox, Xbox 360
2006Battlefield 2142Microsoft Windows, OS X
2008Battlefield: Bad CompanyPlayStation 3, Xbox 360
Mirror's EdgeMicrosoft Windows, PlayStation 3, Xbox 360, iOS
2009Battlefield HeroesMicrosoft Windows"Easy Studios" şirkəti ilə birlikdə.
Battlefield 1943Xbox 360, PlayStation 3
2010Battlefield: Bad Company 2iOS, Microsoft Windows, PlayStation 3, Xbox 360
Need for Speed: Hot PursuitAndroid, iOS, Microsoft Windows, PlayStation 3, Wii, Windows Phone, Xbox 360"Criterion Games" şirkəti ilə birlikdə.
Battlefield OnlineMicrosoft Windows"Neowiz Games" şirkəti ilə birlikdə.
Medal of HonorMicrosoft Windows, PlayStation 3, Xbox 360Oyunun çoxnəfərli rejim askeptini hazırladı.
2011Battlefield Play4FreeMicrosoft Windows"Easy Studios" şirkəti ilə birlikdə.
Battlefield 3iOS, Microsoft Windows, PlayStation 3, Xbox 360
2013Battlefield 4Microsoft Windows, PlayStation 3, PlayStation 4, Xbox 360, Xbox One
2015Battlefield Hardline"Visceral Games" şirkəti ilə birlikdə.
Star Wars BattlefrontMicrosoft Windows, PlayStation 4, Xbox One
2016Mirror's Edge Catalyst
Battlefield 1
2017Star Wars Battlefront II[13]"Criterion Games" və "Motive Studios" şirkətləri ilə birlikdə.
2018Battlefield V

İstinadlar

redaktə
  1. 1 2 "Article Series: Part 1 Home of Digital Illusions" (şimali sami). PCgaming.nu. 23 oktyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  2. 1 2 3 4 5 "Bokslut & Nyckeltal - EA Digital Illusions CE AB" (şimali sami). allabolag.se. 22 yanvar 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  3. "The Silents (TSL)". Amiga Music Preservation. 13 noyabr 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  4. Uhr, Bobiç. "4Sceners: Digital Illusions". 4Players.de. 18 yanvar 2007. 26 fevral 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2018.
  5. "Digital Illusions". dosgamesarchive.com. 5 iyul 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2018.
  6. "The Game That Started the Battlefield Series". Kotaku. 25 oktyabr 2011. 27 oktyabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2018.
  7. Brundin, Sverker. "Electronic Arts köper Digital Illusions" [Electronic Arts purchases Digital Illusions]. Computer Sweden (isveç). IDG.se. 15 noyabr 2004. 21 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  8. 1 2 Torsen, Tor. "EA rolls DICE for $23 million" (ingilis). Gamespot. 2 oktyabr 2006. 2 noyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  9. "EA Officially Picks Up DICE". Edge. 2 oktyabr 2006. 9 may 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  10. Boyer, Brandon. "EA Closes DICE Canada Offices". Gamasutra. 5 oktyabr 2006. 19 oktyabr 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  11. Yin-Poole, Wesley. "Star Wars: Battlefront is "DICE's interpretation of what Battlefront should be"". Eurogamer. 13 iyun 2015. 15 may 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  12. Hanzqard, Yens; Ledel, Yohann. "EA Opening New Los Angeles Game Studio". The Wall Street Journal. 15 may 2013. 18 may 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  13. "Your First Look at STAR WARS Battlefront II Is Coming at STAR WARS Celebration". ea.com. 29 mart 2017. 13 aprel 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2018.

Xarici keçidlər

redaktə