Ejen İonesko

Ejen İonesko (26 noyabr 1909[1][2]28 mart 1994[1][2], XIV arondisman (Paris)[2]) — rumın dramaturq.

Ejen İonesko
fr. Eugène Ionesco
rum. Eugen Ionescu
Doğum adıEugen Dimitri Ionescu[2]
Doğum tarixi26 noyabr 1909(1909-11-26)[1][2]
Vəfat tarixi28 mart 1994(1994-03-28)[1][2] (84 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Uşağı1
Təhsili
Fəaliyyətidramaturq, şair, ədəbiyyat tənqidçisi, gündəlik yazıçısı[d], illüstrasiyaçı[d], qrafika ustası[d]
Fəaliyyət illəri1932–1994
Əsərlərinin dilifransız dili, Rumın dili, ingilis dili
İstiqamətAbsurd teatrı, dadaizm
Üzvlüyü
MükafatlarıCommander of the National Order of Merit "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi "Fəxri Legion" ordeninin zabit dərəcəsi İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Rəsmi saytlarda doğum ili 1912, bəzi mənbələrdə 1909-cu il göstərən İoneskonun atası rumın, anası fransız olmuşdur. Uşaqlığını Fransada keçirən İonesko ata və anasının boşanmasının ardından 1925-ci ildə Rumıniyaya qayıtmışdır. 1928–1933-cü illərdə Buxarest Universitetini bitirdikdən sonra burada Emil Kioran və Mirseya Eliade ilə tanış olmuşdur.1936-cı ildə Radika Burileanu evlənərək bir qız atası olmuşdur. 1938-ci ildə ailəsi ilə birlikdə Fransaya qayıtmışdır. İkinci dünya müharibəsində Marselə köçən ailə 1944-cü ildə Fransanın işğaldan azad olmasının ardından Parisə qayıtmışdır.

1967-ci idə İsrailə getmiş və köklərində yəhudi olduğunu açıqlamışdır.1970-ci ildə Fransa Akademiyasının üzvü seçilən İonesko bir çox mükafata layiq görülmüşdür. O, Nyu York, Leuven, Uarvik, Tel-Əviv Universitetləri tərəfindən fəxri ada layiq görülmüşdür.

84 yaşında vəfat edən İonesko Parisin Montparnasse məzarlığında dəfn olunmuşdur

Daha çox fransız dilində yazmışdır, lakin rumınların ən çox qürur duyduqları şəxsdir.

Mükafatları

redaktə
  • Turz Film Festivalı mükafatı — 1959
  • İtaliya mükafatı — 1963
  • Teatr Cəmiyyəti mükafatı — 1966
  • Milli Teatr mükafatı — 1969
  • Monako mükafatı — 1969
  • Avropa üçün Avstriya Ədəbiyyat mükafatı — 1970
  • Qüds mükafatı — 1973

İstinadlar

redaktə
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 5 6 7 Fichier des personnes décédées.
  3. RKDartists (nid.).
  4. 1 2 Eugène Ionesco // Académie française (fr.).
  5. 1 2 Eugène Ionesco // Berlin İncəsənət Akademiyası. 1696.