Entoni D. Smit

Entoni Deyvid Stefan Smit (23 sentyabr 1939[1][2], London19 iyul 2016[1][2], London) — britaniyalı tarixi sosiologiya mütəxəssisi. Vəfat etdiyi zaman London İqtisadiyyat Məktəbində millətçilik və etnik mənsubiyyət üzrə professor emeritus olmuşdur.[3] O, millətçilik elmləri sahəsində disiplinlərarasılığın banilərindən biri hesab edilir.

Entoni D. Smit
Entoni Deyvid Stefan Smit (ing. Anthony David Stephen Smith)
Doğum tarixi
Doğum yeriLondon, İngiltərə
Vəfat tarixi (77 yaşında)
Vəfat yeriLondon, İngiltərə
Vətəndaşlığıİngiltərə
Milliyyətiİngilis
Elm sahələriTarix
Sosiologiya
Tarixi sosiologiya
Elmi adıProfessor
İş yerləriLondon İqtisadiyyat Məktəbi
TəhsiliOksford Universiteti
London İqtisadiyyat Məktəbi
Elmi rəhbəriErnest Gellner
Mühüm layihəsiAkademik Muxtariyyət Şurası

Smit ilk dərəcəsini Oksford Universitetində almışdır. O, burada klassik dövr və fəlsəfə üzrə təhsil almışdır. Doktorantura təhsilini isə London İqtisadiyyat Məktəbində sosiologiya sahəsində müdafiə etmişdir. O, Etnik mənsubiyyət və Millətçilik Araşdırmaları Assosiasiyasının ilk prezidentidir.

Fəaliyyəti

redaktə

Smitin millətçiliyin öyrənilməsi sahəsindəki ən çox tanınan qatqısı vətəndaş və etnik millət və millətçilik arasındakı fərqi göstərməsi olmuşdur. Həmçinin, hər bir millətin dominant "etnik nüvə"yə sahib olması ideyası da ona məxsusdur. Smit millətçiliyin modern fenomen olduğu məsələsində digər müəlliflərlə razı olsa da, millətin premodern köklərinin olduğunu iddia edirdi.

Smit filosof antropoloq Ernest Gellnerin tələbəsi olsa da, uzun müddət onun millətçilik barədəki düşüncələrini paylaşmamışdır. O, millətçiliyə yanaşmada yeni və modernistt yanaşma ilə ənənəvi yanaşmanın sintezindən ibarət olan etnosimvolizmi yaratmışdır.

Millətçilik

redaktə

Smit iddia edir ki, millətçilik "qrupun" əvvəlcədən mövcud olan tarixindən istifadə edərək həmin qrup daxilində ümumi kimlik və paylaşılan ortaq tarix hissinin yaranmasına səbəb olur. Lakin bu tarixin akademik olaraq doğru və qüsürsuz olduğunu demək olmaz. Smit iddia edir ki, bir çox millətçiliklər keçmiş hadisələrin tarixən qüsurlu şərhinə əsaslanır və mifologiyaya meyl edir. Bundan əlavə, Smitə görə keçmişin millətçi şərhi müasir siyasi və etnik vəziyyətlərə haqq qazandırmaq üçün uydurulur və yaxud da istehsal edilir.[4]

Smitə görə millətçilik millətin üzvlərinin hamısının bir-birinə bənzəməsini gərəkdirmir, lakin həmin üzvlər millətə və millətin digər üzvlərinə qarşı möhkəm həmrəylik hissinə malik olmalıdılar. Millətçilik hissi hər hansısa yerdə üstün olan hər hansısa ideologiyanın içində də yaradıla bilər və ya yaşaya bilər. Millətçilik öncədən də var olan qohumluq, dini və inanc sistemlərinə əsaslanır. Smit müasir millətlərin arxa planında olan etnik qrupları "ethnie" adlandırır.[5]

Millətlər və millət-dövlətlər

redaktə

Millət-dövlətlə bağlı danışarkən Smit bunları qeyd edirdi:

Biz dövləti yalnız o zaman millət-dövlət adlandıra bilərik ki, dövlətin sərhədləri daxilində yalnız bir etnos və kültürəl əhali məskun olsun və bu dövlətin sərhədləri həmin etnosun və kültürəl əhalinin sərhədləri ilə uyuşsun.[6]

Smit millətçiliyi bir toplumun birliyi, kimliyi və öz müqəddəratını təyin etməsi uğrunda aparılan hərəkat və bu toplumun bəzi üzvləri tərəfindən həmin toplumdan potensial millət yaratma cəhdi kimi qiymətləndirirdi. O, deyirdi:

Millət eyni tarixi ərazini, ümumi mifləri, tarixi xatirələri, kütləvi ictimai kültürü, ümumi iqtisadiyyatı, ümumi hüquqi sistemi və üzvləri üçün məsuliyyət daşıyan əhali millətdir.[7]

Etnielər sırayla ümumi əcdad mifləri, tarixi yaddaş, öaylaşılan kültür elementləri, tarixi bölgə ilə bəzi əlaqələr və həmrəylik olan əhali birlikləri kimi tərif edilir. Bu ən azından həmin etnienin elit təbəqəsi arasında belə qəbul edilir.[8] Bir etnienin sərhədləri, bütün xüsusiyyətləri eyni anda görünməsə də, olduqca tanınan ola bilər. Bir başqa sözlə kiçik ortaq məxrəc məsələsi deyildir.

Smit deyir ki, hətta millətlər müasir dövrün məhsulu olsa belə, müasir millətlərdə etnik elementlər tapmaq mümkündür. Etnik qruplar millətlərdən fərqlidir. Millətlər üç mərhələli inqilabın nəticəsidir. Bu 3 mərhələli inqilab zamanı kapitalizmin inkişafı ilə kilsə güc itirmiş və yerlərdə bürokratik və kültürəl mərkəzləşmə prosesi getmişdir. Bununla birlikdə Smit tarixdə bir çox qədim millətlərin mövcud olduğunu bildirir və buna görə də modernist yanaşmanın qəbul edilməzolduğunu vurğulayır. O, çox vaxt etno-simvolizmin 'qurucu atası' olaraq qəbul edilir. Smitin etno-simvolist yanaşması bir neçə modernist alim tərəfindən tənqidə məruz qalmışdır.[9][10][11] Onun tənqidçiləri arasında vaxtilə müəllimi olmuş Ernest Gellner də vardır.[12]

Akademik azadlıq

redaktə

1987-ci ildə Parlament, indiyə qədər yarı muxtar ingilis universitetlərini daha sərt dövlət nəzarəti altına almağı təklif etdi. Fərdi akademik azadlığa, tədqiqat və nəşr müstəqilliyinə qarşı olan təhdiddən narahat olan Smit, Akademik Muxtariyyət Şurasını təsis etdi və uzunmüddət həmin şuranın katibi oldu.[13] Bu mübariənin nəticəsində məsələ Lordlar palatasına qədər uzandı və nəticədə 1988-ci il Təhsil islahatı düzəlişi qəbul edildi. Bu düzəlişlə qədim universitetlərin akademik işçilərinə ifadə və nəşr etmə azadlığı verildi.[14] Şura hökumətlə qarşılıqlı əlaqələrini davam etdirdi və minilliyin ilk illərində akademik müstəqillik mövzusunda simpoziumların təşkili.[15]

Seçilmiş nəşrləri

redaktə
İlBaşlıqISBN
1971Millətçilik nəzəriyyələri (ing. Theories of Nationalism)0-7156-0555-0 (I nəşr)
0-7156-0584-4 (II nəşr 1983)
1983Üçüncü dünyada dövlət və millət (ing. State and Nation in the Third World)978-0-7108-0199-9
1986Millətlərin etnik kökəni (ing. The Ethnic Origins of Nations)0-631-15205-9
1991Milli kimlik (ing. National Identity)0-14-012565-5
1995Qloballaşma dövründə millətlər və millətçilik (ing. Nations and Nationalism in a Global Era)0-7456-1018-8
1998Millətçilik və modernizm (ing. Nationalism and Modernism)0-415-06340-X
1999Millətin mifləri və xatirələri (ing. Myths and Memories of the Nation)978-0-19-829684-3
2000Tarixdə millət (ing. The Nation in History)0-7456-2580-0
2003Seçilmiş insanlar: milli kimliyin müqəddəs mənbələri (ing. Chosen Peoples: Sacred Sources of National Identity)0-19-210017-3
2004Millətlərin antikliyi (ing. The Antiquity of Nations)0-7456-2745-5
2008Millətin kültürəl təməlləri: iyerarxiya, razılaşma və respublika (ing. The Cultural Foundations of Nations: Hierarchy, Covenant and Republic)1-4051-7798-5
2009Etno-simvolizm və millətçilik: kültürəl yanaşma (ing. Ethno-symbolism and Nationalism: A Cultural Approach)978-0-415-49798-5

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
  2. 1 2 The Fine Art Archive. 2003.
  3. Hutchinson, John. "Professor Anthony Smith". London School of Economics. 22 July 2016. 31 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 July 2016.
  4. Entoni D. Smit (tərc. Zakir Rzazadə). "Millət: Real yoxsa Xəyali?". Milliyyət Araşdırmalar Mərkəzi. 2 fevral 2020 tarixində arxivləşdirilib.
  5. Entoni D. Smit (tərc. Ruslan Şükür). "Millətçilik: Pro et Contra". Milliyyət Araşdırmalar Mərkəzi. 2 fevral 2020 tarixində arxivləşdirilib.
  6. Less than ten percent of existing states meet these criteria. Smith, Anthony D. Nations and Nationalism in a Global Era (Cambridge: Polity Press, 1995), 86.
  7. Leerssen, Joep, National Thought in Europe, Amsterdam University Press, 2006, p. 15.
  8. Smith, Nations and Nationalism in a Global Era(Cambridge, UK: Polity, 1995): p. 57
  9. Sinisa Malesevic 2019. Grounded Nationalisms. Cambridge: Cambridge University Press. Sinisa Malesevic 2004. ‘Divine Ethnies’ and ‘Sacred Nations’: Anthony D. Smith and the Neo-Durkheimian Theory of Nationalism. Nationalism and Ethnic Politics 10 (4): 561-593.
  10. Sinisa Malesevic 2006. Identity as Ideology: Understanding Ethnicity and Nationalism. New York: Palgrave.
  11. Umut Özkırımlı 2017. Theories of Nationalism. New York: Palgrave.
  12. Ernest Gellner (tərc. Ülvi Şirəliyev). "Adəmin Göbəyi: "Primordialistlər" və "Modernistlər"". Milliyyət Araşdırmalar Mərkəzi. 2 fevral 2020 tarixində arxivləşdirilib.
  13. David Watson, 2000 Managing strategy. Open University Press. p18-20
  14. JRG Turner in M Tight editor, Academic freedom and responsibility. Society for Research into Higher Education. Open University Press. 1988 p107 p113
  15. GR Evans and DE Packham 2003, Ethical Issues at the University-Industry Interface: a Way Forward? Science and Engineering Ethics, 9 (1). pp. 3-16

Xarici keçidlər

redaktə