Hebei (Hibei), (çin. 河北省), Çinin şərq hissəsində vilayətdir. Hebei vilayətinin şimalında Daxili Monqolustan Muxtar Rayonu, cənubunda Shandonq və Henan vilayətləri, şərqində Bohai dənizi,qərbində isə Şansi vilayəti yerləşmişdir. İdarə mərkəzi Şiciacuanq şəhəridir. Ərazisi 187700 km²-dir.

Vilayət
Hebei vilayəti
çin. 河北省

38°02′32″ şm. e. 114°30′31″ ş. u.


ÖlkəÇin
İnzibati mərkəzShijiazhuanq
Tarixi və coğrafiyası
Sahəsi187.700 km² (12-ci-ci yer)
Saat qurşağı
Əhalisi
Əhalisi73,326,101 [1] nəfər (2015) (6-ci-ci yer)
Etnik tərkib

%95.65 Xan xalqı,  %3.18 Mancurlar,

0.78 Huey xalqı, %0.26 Monqollar
Rəqəmsal identifikatorlar
ISO koduCN-HE
Rəsmi sayt
Hebei vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Hebei vilayətinin əhalisinin dini
DinFaiz
Yerli dinlər və başqaları
  
90,61%
Öz babalarına sitayiş
  
5.52%
Xristianlıq
  
3.05%
İslam
  
0.82%

2007 və 2009-cu illərdə aparılan statistikaya görə Hebei vilayətinin əhalisinin çoxu Çinin qədim dinlərinə, 5.52% öz ulu babalarına sitayiş edir. Əhalinin 3.05% Xristian [2], 0.82% isə Müsəlmandır.

Əhali

redaktə
Hebei vilayətinin əhalisinin etnik tərkibi
XalqFaiz
Xan xalqı
  
95.65%
Mancurlar
  
3.18%
Huey xalqı
  
0.78%
Monqollar
  
0.26%
Çjuanqlar
  
0.031%

2015-ci ilin siyahıya almasına əsasən əhalisi 73,326,101 olan Hebei vilayəti Çinin altıncı böyük əhaliyə malik vilayətidir. Hebei vilayətinin əhalisi az sayda Huey xalqı (Müsəlman Çinli), Mancurlar, Monqollarvə əhalinin böyük hissəsini təşkil edən Xan xalqıdır.

Şimali Çin ovalığı əsrlər ərzində ən qədim insan məskəni olmuşdur. Hebei ovalığı 400 min il əvvəl yaşamış insan olan [[Homo erectus pekinensis'in (Pekin İnsanının) vətənidir.

Hebei 1644-cü ildən 1911-ci ilə kimi Tzin sülaləsinin (1644-1911/12), Tzin sülaləsinin devrilməsindən sonra 1937-ci ildəki Yapon işğalına kimi milliyətçi hökümətin hakimiyyəti altında qaldı.

Yapon işğalının 1945-ci ildə bitməsindən sonra başlayan Çin vətəndaş müharibəsinin (1946-49) sonlarında kommunistlərin idarəsi altına düşdü. 1958-ci ilə kimi vilayətin idarə mərkəzi Baodinq şəhəriydi. 1958-ci ildən sonra vilayətin idarə mərkəzi əvvəlcə Tianjin şəhərinə, 1967-ci ildə isə Pekinin 240 km cənub-şərqində üç əsas dəmiryolunun qovuşduğu nöqtədə yerləşən Shijiazhuang şəhəri vilayətin idarə mərkəzi oldu. Paytaxt Pekin Hebei sərhədləri içində yerləşmişdir. Şimali Çindəki ən inkişaf etmiş vilayətdir.

Sənaye

redaktə

Yan və Taihanq dağlarının ətəklərindən dənizə qədər uzanan Pekin-Tianjin sənayə bölgəsi Çinin şimalındakı ən böyük sənayə bölgəsidir. Bu sənayə bölgəsi şərqdəki Tanqşan ilə Qinhuanqdao, qərbdəki Baodinq ilə Shijiazhuanq və Pekin bələdiyəsindəki Liulihe sənayə şəhərlərini əhatə edir. Sənayə bölgəsinin əsas liman şəhərləri Tianjin, Tanggu və Qinhuangdao şəhərləridir.

Hebei vilayətindəki ağır sənaye, bölgənin böyük kömür mədənləri və dəmiryollarıyla sıx əlaqəlidir. İkinci böyük şəhər və muxtar bələdiyə olan Tianjin şimali Çindəki ən dəyərli sənaye və ticarət mərkəzi olduğu kimi həmçinin təhsil və mədəniyyət mərkəzidir. Yüngül sənayesini kağız, un və metlak istehsalı təşkil edir.

İstinadlar

redaktə
  1. "Communiqué of the National Bureau of Statistics of People's Republic of China on Major Figures of the 2010 Population Census [1] (No. 2)". National Bureau of Statistics of China. 29 April 2011. 27 July 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 August 2013.
  2. 天主教 Arxivləşdirilib 2017-09-22 at the Wayback Machine 河北省民族宗教事务厅