I Sahib Gəray
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
I Sahib Gəray (1501[1], Krım – 1551[1], Krım) — 1532- 1551-ci illər arasında hökmdarlıq etmiş Krım xanı. I Məngli Gərayın oğludu, eyni zamanda Osmanlı sultanı I Səlimin qaynıdı. Sahib Gəray 1485-ci ildə Məngli Gərayın evləndiyi Kazan xanı İbrahim xanın dul qadını olan Nur Sultandan dünyaya gəldi. 1521-ci ildə qardaşı böyük qardaşı I Mehmed Gəray Kazanı zəpt edərək qardaşı Sahib Gəraya vermişdi. 1532-ci ildə qardaşı böyük qardaşı ilə birlikdə Rus çarı III Vasilini Moskva yaxınlığında məğlub etmişdilər. 1532-ci ildə I Səadət Gərayın ölümü ilə Sahib Gəray Krım taxtında oturdu. 1541-ci ildə Moskvaya səfər etdi. Atalarının siyasətini davam etdirərək, bozqırdakı türk boylarını Krıma yerləşdirdi.
I Sahib Gəray | |
---|---|
oktyabr 1532 – 1551 | |
Əvvəlki | I İslam Gəray |
Sonrakı | I Dövlət Gəray |
1521 – 1524 | |
Əvvəlki | Şahəli xan |
Sonrakı | Səfa Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1501[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1551[1] |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | monarx |
Atası | I Mənqli Gəray |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Sabib Gərayın hakimiyyəti dövründə Qafqaza bir sıra səfərlər təşkil olunmuş və çərkəzlər üzərində xanlığın hakimiyyət təsiri gücləndirilmişdir. Yusif Mirzənin tabeçiliyində olan noqay tayfaları Kırım xanının və Osmanlı sultanının tabeçiliyinə keçmişdilər.1551-ci ildə İstanbuldan Krıma göndərilən Dövlət Gəray I Sahib Gərayı qətlə yetirdi.
Ertəsi il ruslar Kazanı tatarlardan geri aldılar və 4 il sonra Astraxanın zəbtinə müvəffəq olaraq şərqi Avropada üstünlük qazandılar.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Исаев Ю. Н. Chuvash encyclopedia (rus.). Чувашское книжное издательство, 2006. С. 2567. 2567 с. ISBN 978-5-7670-1471-X