Lalə Məmmədova

Azərbaycanlı müğənni, aktrisa, ingilis dili müəllimi və fəlsəfə doktoru

Lalə Məmmədova (23 fevral 1978, Bakı) — Azərbaycanlı müğənni, pedaqoq, Azərbaycan Respublikasının Əməkdar Artisti[1]. Filologiya üzrə fəlsəfə doktoru (15 fevral 2017)[2].

Lalə Məmmədova
Ümumi məlumatlar
Doğum tarixi23 fevral 1978(1978-02-23) (46 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyətimusiqiçi, müəllimə, müğənni, aktrisa, aparıcı
Janrlarpop musiqisi, xalq musiqisi
Təhsili
Elmi dərəcəsi
  • filologiya elmləri namizədi[d]
MükafatlarıAzərbaycan Respublikasının əməkdar artisti

Həyatı

redaktə

Lalə Məmmədova 23 fevral 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində doğulub. Ailədə onu digər 4 uşaqdan fərqləndirən cəhət musiqiyə göstərdiyi meyl idi. İlk konserti də elə həyətdə məhəllə uşaqlarının qarşısında baş tutub. Bu, onu qarşıda gözləyən böyük yolun başlanğıcı idi. Müğənni 1985-ci ildə 272 saylı məktəbin birinci sinfinə qədəm qoyub. 8 yaşında taleyinə Bülbül adına musiqi məktəbi yazılır. Xalq artisti Şövkət Ələkbərova yumşaq səsli bu balaca qızcığazda həssas ürəyin olduğunu duyaraq onu öz sinfində görmək istəyir. Balaca Lalə muğam sinfinə daxil olur. Müəllimin xəstəliyi üzündən təhsilini Xalq artisti İslam Rzayevin sinfində davam etdirib. Lalə Məmmədova 1995-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinə daxil olub. Arzu və potensial isə onu həmişə başqa bir səmtə çəkir. 1997-ci ildə Rafiq Babayev adına peşəkarlar studiyasında bəstəkar Siyavuş Kərimi ilə birgə işləməyə başlayıb. 2001-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin magistratura pilləsini bitirdikdən sonra 2002-ci ildə Milli Konservatoriyanın "solo oxuma" xanəndəlik sinfinə daxil olub. Burda Xalq artisti Ağaxan Abdullayevdən dərs alıb. 2011-ci il Sentyabrın 15-də Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Lalə Məmmədova "Azərbaycan Respublikasının Əməkdar Artisti" fəxri adına layiq görülüb. 2012-ci il Əməkdar artist Lalə Məmmədova Rəşid Behbudov adına Mahnı Teatrının solisti olub. Bu gün məşhur estrada müğənnisi "Məktəb illəri, "Səs, "Bu şəhər ikimizə dar", "Dəli eşq", "Qızıl lalədir adım", "Səni sevirəm" və s. mahnıları ilə məşhurdur. Lalə Məmmədova pedaqoji fəaliyyəti ilə də tanınır.

Müğənni həm də disserrtasiyasını müdafiə etməklə AMEA-da Filologiya üzrə fəlsəfə doktoru adına layiq görülüb.

O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.[3]

Albomlar

redaktə
  • 2006 — Səni sevirəm
  • 2006 — Qara qaşın vəsməsi
  • 2008 — Qızıl Lalədir adım
  • 2008 — Ürək dostum
  • 2012 — Dəli eşq
  • 2012 — Şərab gətir, Saqi!
  • 2018 — Aztv konserti (Live)
  • 2020–90-lar
  • 2021 — Vol.1
  • 2021 — Vol.2
  • 2022 — Vol.3
  • 2022 — Vol.4
  • 2023 — Darıxmışam (EP)

Sinqllar

redaktə
  • 2012 — Bu şəhər ikimizə dar
  • 2017 — Bir sevgi
  • 2020 — Только там
  • 2021 — Dağlar duman olmadan
  • 2021 — Azərbaycan
  • 2021 — Həyat
  • 2021 — Bura yurdun cənubudur
  • 2021 — Səni sevmək üçün gəldim dünyaya
  • 2021 — Bir məktub yaz
  • 2022 — Azad et
  • 2022 — Sev, sevil
  • 2023 — Gözümdə Leylisən
  • 2023 — Gözəl Azərbaycan
  • 2023 — Gözlərin
  • 2023 — Həyatımda ol
  • 2023 — Şuşa
  • 2023 — Qayıdışın mübarək

Kliplər

redaktə
SayKlipTarix
01Məktəb İlləri2000
02Səs
03Kölgən Olaram2005
04Səni Sevirəm
05Yar Bizə Qonaq Gələcək2007
06Ürək Dostum2008
07Kim Bilir2008
08Ömür Yolları2008
09İdeal2009
10Şalaxo
11Gözəl2009
12Ömrümüzün İlk Sevgisi
13Yadına Düşəcəyəm
14Səs2012
15Yağış2013
16Sevgilər (Azərbaycan Ulduzları)
17Azərbaycan-Türkiyə2013
18Çıx Yollarıma2016
19Bura Yurdun Cənubudur2017
20Bir Sevgi2018
21Çiçək2019
22Xalq Bayatıları ft. Ehtiram Hüseynov2019
23Nice Yıllara ft. Zafer İşleyen2020
24Ağstafam Mənim ft. Samir Cəfərov, Ceyhun İsmayılov2020
25Məryəm2020
26Qələbənamə2020
27Dağlar Duman Olmadan2021
28Bir Məktub Yaz2021
29Gözümdə Leylisən2023
30Darıxmışam2023

İstinadlar

redaktə
  1. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-24.
  2. Müğənni rəsmən fəlsəfə doktoru oldu Arxivləşdirilib 2017-03-19 at the Wayback Machine. qafqazinfo.az, 17. mart 2017  (az.)
  3. "YAP-a yeni üzvlər qəbul olundu". 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.