Mais Süleymanov

Mais Kazım oğlu Süleymanov - Azərbaycanlı alim, Bakı Dövlət Universitetinin Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor.[1][2][3]

Mais Süleymanov
Doğum tarixi (71 yaş)
Doğum yeriBakı, Azərbaycan SSR, SSRİ
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyətiazərbaycanlı
İxtisasıFizika
TəhsiliBakı Dövlət Universiteti
FəaliyyətiBakı Dövlət Universitetinin Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
MükafatlarıAzərbaycan LKGİ mükafatı — 1982

Həyatı

redaktə

1953-cü il may ayının ikisində Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsində almışdır. Hal-hazırda Bakı şəhərində yaşayır. Uzun müddət Pakistanın paytaxtı olan İslamabad şəhərində COMSATS İnformasiya Texnologiyaları İnstitutunun Fiziki fakültəsində fəaliyyət göstərmişdir.

Fəaliyyəti

redaktə

1975-ci ildən Moskva vilayətinin Duna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) Yüksək Enerjilər Laboratoriyasında əmək fəaliyyətinə başlamışdır. 1980-ci ildə BNTİ-də fizika-riyaziyyat elmləri üzrə namizədlik, 2000-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-2003-cü illərdə Çex Respublikası Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunda, 2003-2006-cı illərdə isə yenidən BNTİ-də mütəxəssis alim kimi çalışmışdır. O, beynəlxalq nüfüzlu jurnallarda dərc olunmuş 250-dən çox elmi əsərin müəllifidir. Onun elmi rəhbərliyi ilə 5-dən çox mütəxəssis fəlsəfə doktoru alimik dərəcəsinə layiq görülmüşdür.[3]

Mükafatları

redaktə
  • Azərbaycan SSR Lenin komsomolu mükafatı (1982)
  • Comsats İnformasiya Texnologiyaları İnstitutunun tədqiqatda məhsuldarlığa görə diplomları
  • REA jurnallarında ən yaxşı məqalələrə görə Beynəlxalq Akademik Nəşriyyat şirkətinin   Elm/İnterperiodika mükafatı

İstinadlar

redaktə
  1. "BDU-da "Üç qardaşın sərvəti" adlı elmi seminar". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
  2. "Mais Süleymanov. Fizika probemləri institutu". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
  3. 1 2 Mais Süleymanov (bax səh. 187) // Seyidbəyli, M.H. Azərbaycanın elmi diasporu. - Bakı: Avropa nəşriyyatı, 2017. - 200 s.[ölü keçid]

Xarici keçidlər

redaktə