Meydan Laruss

(Meydan Larousse səhifəsindən istiqamətləndirilmişdir)

Meydan Laruss: Böyük lüğət və ensiklopediya (türk. Meydan Larousse: Büyük Lugat ve Ansiklopedi) — 1969–1973-cü illərdə 12 cilddə nəşr olunmuş Türkiyə ensiklopediyası. Nəşriyyatçısı "Meydan Gazetecilik ve Neşriyat Limited Şirketi" olmuşdur. Safa Qılınclıoğlu, Nəzihə Araz, Haqqı Dəvrim nəşriyyatına dəstək olmuşdur.

Meydan Laruss
Janrensiklopediya
Orijinalın dilitürk dili

"Meydan Laruss" nəşri "Böyük Laruss Ensiklopediyası" əsasında hazırlanmışdır və müəllif hüquqlarını qoruyan türkcə məqalələrdən ibarətdir. 12 cildi tamamladıqdan sonra 2 əlavə cildlə yeni maddələr yerləşdirilmişdir. "Meydan Laruss"un hər cildi təxminən 1000 səhifədən ibarətdir.[1] 1990-cı illərdə "Hürriyet", "Milliyet" və "Sabah" qəzetləri arasında keçirilən reklam rəqabəti zamanı "Sabah" qəzeti "Meydan Laruss" nəşrini 3-cü cildin üzərinə çap edərək kupon müqabilində öz oxucularına təqdim etmişdir.[2]

İstinadlar

redaktə