MySpace — əsası 2003-cü ildə qoyulan, virtual aləmdə internet istifadəçiləri arasında ünsiyyət qurulmasına xidmət edən, istifadəçilərə fərdi profillər, bloqlar yaratmağa, şəkillər, musiqi və videolar paylaşmağa imkan verən sosial şəbəkə. Qurulduğu dövrdə sosial şəbəkənin baş ofisi Beverly Hillsdə yerləşmişdir. 16 mart 2007-ci ildən etibarən isə baş ofis şəbəkənin mənsub olduğu News Corporation şirkətinin Nyu-Yorkdakı ofisinə köçürülmüşdür. Myspace xüsusilə hələ tanınmayan musiqiçilərə məşhurlaşmaları üçün geniş imkanlar yaradır. Bu musiqiçilər heç bir ödəniş etmədən öz mahnılarını sayta yerləşdirib internet istifadəçilərinin ixtiyarına verə bilirlər. Myspace yüklənən musiqi əsərlərinin müəllif hüquqlarını musiqini yükləyən istifadəçidən tələb etmir, yəni bu sayt bir növ pulsuz reklam saytıdır. Sayta şəkillər və şəxsi məlumatlar da əlavə oluna bilər. Bu cür məlumatlar "gizlilik" prinsipinə əsasən qorunur. Sayt istifadəçiləri profillərindəki məlumatların yalnız özləri müəyyənləşdirdikləri kəslər tərəfindən oxuna bilməsi inkanına malikdirlər. Ancaq ABŞ-də qəbul olunan "Patriot Act" qanunu ABŞ hökumətinə məlumatları gizli saxlanılan profillərə belə giriş hüququ tanımışdır. Çox sayda tənqidlərə məruz qalan bu qanun hələ də qüvvədədir.

Myspace
Myspace
URLmyspace.com
TipiSosial şəbəkə
Dilləri15 dildə
Ziyarətçi sayı
Serverin yeri
SahibiChris DeWolfe
Tom Anderson
Açılma tarixi12 avqust 2003
Alexa reytinqi
  • 3.787 (20 noyabr 2017)[3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MySpace saytı 18 iyun 2008-ci ildə öz dizaynını dəyişmişdir. Saytın quruluşunda ASP. NET 2.0-dan istifadə olunmuşdur.

Statistika

redaktə
  • fevral 2009-cu il — MySpace dünyada 5-ci yerdə.
  • noyabr 2010-cu il — MySpace dünyada 42-ci yerdə.
  • aprel 2011-ci il — MySpace dünyada 73-cü, ABŞ-də 41-ci, Rusiyada 203-cü yerdə.
  • mart 2012-ci il — MySpace dünyada 158-ci yerdə.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
🔥 Top keywords: