Payız sonatası

(Payız sonatası (film, 1978) səhifəsindən istiqamətləndirilmişdir)

"Payız sonatası" (isv. Höstsonaten) — rejissor İnqmar Berqmanın filmi.[2]

Payız sonatası
isv. Höstsonaten
Janrdram
Rejissorİnqmar Berqman
Ssenari müəllifiİnqmar Berqman
Baş rollardaİnqrid Berqman
Liv Ulman
OperatorSven Nükvist
Bəstəkar
İstehsalçılarFilmédis
Incorporated Television Company (ITC)[1]
Personafilm
Suede Film
İlk baxış tarixi8 oktyabr 1978, İsveç İsveç
Filmin növübədii film
Müddət99 dəqiqə
ÖlkələrAlmaniya Almaniya
Fransa Fransa
İsveç İsveç
Dilisveç dili
İl1978
Rəngrəngli
IMDbID0077711

Məzmun

redaktə

Kənd pastorunun arvadı Eva artıq yeddi ildir görüşmədiyi anası Şarlottanı öz evlərinə qonaq çağırır. Onun anası dünya şöhrətli, istedadlı, dəlisov, yaşlı pianoçudur. Eva fortepianoda pis çalmadığına baxmayaraq, anası kimi o qədər də istedadlı deyildi. Lakin ən əsası onun evdar qadın, həyat yoldaşı, ana və sevimli bacı olmağa meyili idi. Buna baxmayaraq onun həyatında hər şey uğursuz idi: ərinə böyük hörmət edir, amma əslində onu sevmir, onların oğlu dörd yaşında batmışdır və sağalmaz yara əvvəlki kimi yenə də rahatlıq vermirdi. Hətta Şarlotta da heç vaxt Evanı o istədiyi kimi istəməmişdi. Eva özünü ələ almaq üçün xəstəxanadan iflicdən əziyyət çəkən bacısını götürür. O, yer üzündə öz tənhalığını başa düşür.

Böyük bacının evində kiçiyin olması ananı şoka salır. O, özünün xəstə, yad saatlarını Evanın ifasında Şopenə qulaq asmağa sərf edir. Və bu əsəri özü də necə çalmaq lazım olduğunu düşündüyü kimi ifa edir. Öz şəxsi avtomobilini qızına bağışlamaq fikrinə düşür. Buna görə də o, evə təyyarə ilə qayıtmalıdır. Yeni maşının alınmasında da heç bir problem olmayacaq. Gecə Şarlotta pis yuxudan ayılır: ona elə gəlir ki, Eva onu boğur. Qadın durur, qonaq otağına keçir və orada Evanı görür. O da yatmayıb.

Ana və qızı yaşadıqları həyatı yada salaraq münasibətlərinə aydınlıq gətirirlər. Evanın əri pastor bu isterikanı eşidir, lakin bu söhbətə qarışmır. Bu qalmaqalı xəstə qız da eşidir. O, çarpayıdan çıxır, pilləkənlə Eva və Şarlottaya doğru sürünür və "Ana, yanıma gəl!" deyib çağırır.

Səhər Şarlotta çıxıb gedir. Eva oğlunun qəbrinə gəlir. Pastor isə xüsusi nəticə olmasa da, xəstə qızı sakitləşdirmək istəyir. Artıq getmiş Şarlotta öz dostlarından birinə xəstə qızı haqqında sual verir: "O niyə ölmür? Belə daha asan olardı…" Əlbəttə, sual cavabsız qalır. Eva anasına məktub yazır: "Günahım böyükdür, məni bağışla".

Mükafatlar və nominasiyalar

redaktə

Mükafatlar

redaktə

1979-cu ilin "Devid di Donatello" mükafatı:

redaktə
Ən yaxşı xarici aktrisa – İnqrid Berqman, Liv Ulman

1979-cu ilin "Qızıl Qlobus" mükafatı:

redaktə
Ən yaxşı xarici film

1978-ci ilin ABŞ kinotənqidçi şurasının milli mükafatı:

redaktə
Ən yaxşı aktrisa – İnqrid Berqman
Ən yaxşı rejissor – İnqmar Berqman
Ən yaxşı xarici film

Nominasiyalar

redaktə

1978-ci ilin "Oskar" mükafatı:

redaktə
Ən yaxşı qadın roluna görə – İnqrid Berqman
Ən yaxşı orijinal ssenariyə görə – İnqmar Berqman

1978-ci ilin "Sezar" mükafatı:

redaktə
Ən yaxşı xarici film – İnqmar Berqman

1979-cu ilin "Qızıl Qlobus" mükafatı:

redaktə
Ən yaxşı dram aktrisası – İnqrid Berqman

Filmin heyəti

redaktə

Film üzərində işləyənlər

redaktə
Ssenari müəllifi : İnqmar Berqman
Rejissor : İnqmar Berqman
Operator : Sven Nükvist
Bəstəkarlar : Frederik Şopen, İohan Sebastyan Bax, Georq Fridrix Hendel
Prodüserlər : Katinka Faraqo, Lyu Qreyd, Martin Strager, Riçard Brik

Rollarda

redaktə
İnqrid Berqman – Şarlotta
Liv Ulman – Eva
Lena Nyuman – Helena
Halver Byork – Viktor
Marianna Aminoff – Şarlottanın katibi
Arne Banq-Hansen – Otto
Qunnar Byornstrand – Pol
Erland Yusefson – Yozef
Georq Lökkeberq – Leonardo
Mimi Pollak
Linn Ulman – Evanın uşaqlığı

İstinadlar

redaktə
  1. Ingmar Bergman Face to Face: Autumn Sonata — Shooting the film Arxivləşdirilib 2011-09-29 at the Wayback Machine İstifadə tarixi: 2016-08-19
  2. Nehme, Farran Smith. "Autumn Sonata: Mothers, Daughters, and Monsters". The Criterion Collection. 2021-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-19.

Xarici keçidlər

redaktə
🔥 Top keywords: