Pit Best (doğum adı Randolf Pete Best) — İngilis musiqiçi. The Beatles qrupunun orijinal üzvlərindən biridir. Qrupda müəyyən bir müddət baraban çalmışdır. Hindistan hələ İngilis müstəmləkəsi ikən Çennai şəhərində doğulmuşdur. Anası, Mona Best (1924-1988) ilə birlikdə 1945-ci ildə Liverpula köçüb, evlərinin alt qatında kafe (The Casbah Kafe Klubu) açdılar. Kafe Klubu gənclər arasında çox məşhur idi və 1000-dən çox üzvə sahib idi. The Beatles (o zamanki adıyla The Quarrymen), ilk performanslarından bəzilərini məhz bu kafedə vermişdi.

Pit Best
Pete Best
Pit Best 2006-cı ildə
Pit Best 2006-cı ildə
Ümumi məlumatlar
Doğum adıRandolph Peter Scanland
Doğum tarixi (82 yaş)
Doğum yeriLiverpul, Böyük Britaniya
Vətəndaşlığı
MilliyyətiBöyük Britaniya Birləşmiş Krallıq
ABŞ ABŞ
Uşağı2
Musiqiçi məlumatları
Fəaliyyətibəstəkar
dövlət məmuru
Fəaliyyət illəri1959-1968; 1988 - indiyədək
JanrRok-n-roll
Musiqi alətizərb qurğusu[d]
Albom şirkətləriParlophone
Capitol
Apple Records
Vee-Jay
EMI
Geffen
ƏlaqəsiThe Beatles
Üzvlüyü
petebest.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

The Beatles Pit Besti 1960-cı il 12 avqust tarixində, ilk Hamburq turlarından qısa bir müddət əvvəl qrupa dəvət etdi. Qrupdakı yerini isə 1962-ci il 16 avqust tarixində Ringo Starr'a verdi. Qrupdan çıxarılması, EMI studiyalarındaki ilk səsyazmadan sonra reallaşdı. Con Lennon, Pol MakkartniCorc Harrisonun ortaq qərarıyla menecer Brayn Epsteyn tərəfindən qrupdan çıxarıldı. Best, bir neçə müvəffəqiyyətsiz qrupla musiqi həyatına davam etdikdən sonra musiqini atdı və 20 il dövlət məmuru olaraq çalışdı. 50 ildir Kathy Best ilə evlidir. İki uşağı və dörd nəvəsi var.

Diskoqrafiya

redaktə

Albomları

redaktə
  • 1995 - Back to the Beat
  • 1996 - The Pete Best Combo: Beyond the Beatles 1964–1966
  • 1996 - Live at the Adelphi Liverpool 1988
  • 1998 - Best
  • 1999 - Casbah Coffee Club 40th Anniversary Limited Edition
  • 2004 - The Savage Young Beatles
  • 2008 - Haymans Green

Xarici keçidlər

redaktə