Revilyahihedo adası

Revilyahihedo adası (ing. Revillagigedo Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada.

Revilyahihedo adası
ing. Revillagigedo Island
Ümumi məlumatlar
Sahəsi2755 km²
Uzunluğu
  • 80.467,2 m
Eni56.327,04 m
Hündür nöqtəsi1321 m
Əhalisi13.950 nəfər (2000-ci il)
Yerləşməsi
55°40′ şm. e. 131°20′ q. u.
Ölkələr
Arxipelaq
Akvatoriya
Revilyahihedo adası xəritədə
Revilyahihedo adası
Revilyahihedo adası
Revilyahihedo adası xəritədə
Revilyahihedo adası
Revilyahihedo adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

redaktə

Adanın uzunluğu 89 km, eni 48 km və 2755 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 12-ci və dünyanın 166-cı ən böyük adasıdır. Yaxın adalara olan məsafə:

  • materikə (şərqdə) - Behm Kanalı boğazının ən dar hissəsində təxminən 1,5 kilometr.
  • Qravina adasına (cənub-qərbdə) - təxminən 300 metr.
  • Annett adasına (cənub) - Revillahihedo kanalının ən dar hissəsində təxminən 1,2 kilometr.

Ada 1792-ci ildə ispan səyyahı Xasinto Kaamaqno tərəfindən kəşf edilmişdir. Adını ingilis səyyahı Corc Vankuver 1789-1794-cü illərdə Yeni İspaniyanın qrafı Xuan Visente de Quemesin (II Revilyahihedo) şərəfinə qoymuşdur.

Əhali

redaktə

2000-ci il siyahıyaalınmasına görə, adada 13.950 nəfər yaşayırdı. Onların böyük əksəriyyəti Keçingen (13.025 nəfər[1]) və Saksman (431 nəfər) şəhərlərində yaşayır. Hər iki yaşayış məntəqəsi ölkənin cənub hissəsində, bir-birindən təxminən 4 kilometr aralıda yerləşir.

İqtisadiyyat

redaktə

Adanın sakinlərinin əsas məşğuliyyəti balıqçılıq (Ketçiken digər xüsusiyyətləri ilə birlikdə “Dünya qızılbalığının paytaxtı” adlanır), ağac emalı və konserv istehsalıdır.

Ketçiken hava limanı qonşu Qravina adasında fəaliyyət göstərir.

Faktlar

redaktə
  • 1953-cü ildə yüz gün dayanmayan adada yağış yağmışdır. Adanın əsas şəhərinin ləqəblərindən biri də “Yağışlar paytaxtı”dır[2].
  • 2005-ci ildə bərə xidmətini əvəz edəcək, qonşu Qravina və Revilyahihedo adalarını birləşdirəcək körpü üçün layihə təklif edilir. Siyasətçilərin səs-küylü bəyanatlarına və bir neçə yüz milyon dollar məbləğində pul ayrılmasına baxmayaraq, tikintiyə başlanılmır. Ayrılan pullar yoxa çıxır. Layihə qeyri-rəsmi "Heç yerə getməyən körpü" adını alır[3][4].

İstinadlar

redaktə
  1. Мишель Жюрни, Майк Миллер. «Alaska’s Southeast: Touring the Inside Passage Arxivləşdirilib 2014-08-19 at the Wayback Machine» (2008), изд. Globe Pequot, стр. 141—142 ISBN 978-0-7627-4535-7
  2. "Самый долгий дождь на Земле". 2018-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-11-24.
  3. "Webliography: «The Bridge to Nowhere»". 2008-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-24.
  4. "Евгений Бай. Аризонский маятник" (rus).

Mənbə

redaktə
Elmi