SSRİ Xalq Müdafiə Komissarlığı

SSRİ Xalq Müdafiə Komissarlığı (rus. Народный комиссариат обороны СССР) — Sovet İttifaqının 1934–1946-cı illər arasında ən yüksək hərbi idarəsi.

SSRİ Xalq Müdafiə Komissarlığı
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi20 iyun 1934
Əvvəlki qurumSSRİ Hərbi və Dəniz işləri üzrə Xalq Komissarlığı
Ləğv edilib25 fevral 1946
SonrakıSSRİ Silahlı Qüvvələrinin Xalq Komissarlığı
TabelikSSRİ Xalq Komissarları Şurası
Baş qərargahMoskva

Tarixi

redaktə

1920–1930-cu illərdə RSFSR/SSRİ-nın ən yüksək hərbi orqanı Hərbi və Dəniz işləri üzrə Xalq Komissarlığı (rus. Народный комиссариат обороны СССР) (qısaca Narkomvoenmor) adlanırdı.

20 iyun 1934-cü ildə Narkomvoenmor SSRİ Müdafiə Xalq Komissarlığına (qısaca NKO) çevrildi. 30 dekabr 1937-ci ildə komisarlığdan SSRİ Hərbi Dəniz Qüvvələri Xalq Komissarlığını (NKVMF) ayırd etdilər.

1 fevral 1944-cü ildə SSRİ-də birlik respublikalarının hərbi birləşmələrinin yaradılması haqqında qanununun qəbul edilməsi ilə əlaqədar olaraq NKO Ümumittifaq Xalq Komissarlığından ittifaq-respublika komissarlığına çevrildi.

25 fevral 1946-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə NKO NKVMF ilə birlikdə SSRİ Silahlı Qüvvələri vahid ittifaq-respublika Xalq Komissarlığına çevrildilər. Bu ad altında mərkəzi orqan bir aydan az müddətə sənədlərdə qeyd olundu, çünki SSRİ Xalq Komissarları və ittifaq respublikalarının şuraları Nazirlər Şuralarına çevrilməsi haqqında 15 mart 1946-cı il tarixli SSRİ Qanununa uyğun olaraq, onun adını SSRİ Silahlı Qüvvələri Nazirliyi olaraq dəyişdilər. 25 fevral 1947-ci ildə yuxarıda göstərilən qərarlara uyğun olaraq, SSRİ Konstitusiyasına dəyişikliklər edildi.

SSRİ Xalq Müdafiə Komissarlığının Qırmızı Ordunun rəhbərlik və sıravi heyətlərin tərbiyələndirilməsi, qabaqcıl hərbi düşüncənin inkişafı və döyüş hazırlığı tapşırıqlarının təşviqi üçün mərkəzi orqanı "Krasnaya Zvezda" qəzeti idi.

Xalq komissarları

redaktə

Ədəbiyyat

redaktə
  • Valery Artsybashev, Sergey Voitikov, Uzenkov, Abrahamyan, Borisov, Efimenko, Meltiukhov, Rogovaya, Silaev. The Command of the Red Army in 1940–1941. The Structure and Personnel of the Central Apparatus of the People's Commissariat of Defense of the Soviet Union, Military Districts and Combined Arms Armies (Documents and Materials. Russian State Military Archive). Moscow, Saint Petersburg: Summer Garden. Candidate of Historical Sciences Tarhova. 2005. 272. ISBN 5-94381-137-0.