Srvena Zvezda Belqrad QVK


"Srvena Zvezda" — Çoxulduzlu, Qızılulduz kimi tanınan serb qadın voleybol klubu Belqrad şəhərini təmsil edir. Zrvena Zvezda idman klubunun voleybol şöbəsidir. Bununla yanaşı klubun kişi voleybol klubu da fəaliyyət göstərir. Klub hal-hazırda 27 ölkə çempionluğu və 17 ölkə kuboku ilə Serbiyanın ən titullu voleybol komandasıdır.

Serbiya Zrvena Zvezda Belqrad
Loqonun şəkli
ŞəhərBelqrad
Ləqəb(lər)"Црвено-бели" (qırmızı-ağ)
Rəng(lər)qırmızı-
         
Yaranma tarixi1946
MeydançaSC Šumice
Tutumu2000
PrezidentiSerbiya Petar Skundric
Baş məşqçisiSerbiya Ratko Pavlicevic
LiqaSerbiya Voleybol Çempionatı
2012-13Çempion
Ev
Səfər
Rəsmi saytı

Tarixi

redaktə

Yarandığı ildə

redaktə

Srvena Zvezda Belqrad Qadın Voleybol Komandası 1946-cı ildə yaradılmışdır. Bu idman klubunun basketboldan sonra ikinci şöbəsi idi. Komandanın düzgün formalaşmaması səbəbi ilə qırmızı-ağlar əsas liqaya vəsiqə qazana bilmədi. Artıq 1947-ci ildə vəziyyət yaxşılaşmışdır. Klubun ilk mühüm addımı isə gənc komandanın yaradılması idi.

Əllinci illər

redaktə

Əllinci illərdə Serbiya çempionatının açıq-aşkar ən güclü komandası Partizan idi. Ancaq hər kəsin dilində Srvena Zvezda ilə gələn yeni nəsil var idi. Komanda ilk çempionluğunu 1959-cu ildə əldə etdi. Qızılulduz bundan sonrakı iki mövsümdə kürsünü əzəli rəqibi Partizana qapdırdı.

Altmışıncı illər

redaktə

Bundan sonra onlar, ardıcıl 6 ölkə çempionluğu yaşayaraq Serbiya voleybolunda Srvena hakimiyyətinin başladığını hər kəsə göstərdilər. Klub 1968-ci ilə qədər adını beş dəfə dəyişməsinə baxmayaraq sonda ənənəvi adını yenidən aldı.

Səksəninci illər

redaktə

Klub tarixində ən yaxşı nəsillərdən biri 1976-cı ildə gəldi.Bu nəsil Avropa Çempionlar Liqasının yarı finalına qədər yüksəldi. Yekunda qırmızı-ağ qadın voleybolçular Belçika klubuna məğlub olaraq mübarizəni yarımfinalda dayandırır. Bu Yuqoslaviya qadın voleybolunun klublar kateqoriyasındakı ən böyük uğuru idi. Klub 1982 və 1983-cü illərdə beynəlxalq səhnədə əhəmiyyətli uğurlar qazandı. 1986-ci CEV kubokunun (indiki adıyla Challenge Kuboku) final four mərhələsinə çıxmış və yarımfinalda İtaliyanın Nelson Reggio Emilia komandasına məğlub olmuşdur, lakin üçüncülük maçında Türkiyənin Arçelik İstanbul komandasını yenərək turnirin bürünc mükafatlarına yiyələnmişdir.

Son illər

redaktə

1992-ci ildə klub ölkə daxilindəki bütün kubokları qazandı.Yuqoslaviyada baş verən daxili savaşların nəticəsində bir neçə il ölkə çempionatı oynanılmadı. 2002-ci ildə Zoran Terziç rəhbərliyində böyük çıxış yaxalayan belqradlılar sonrakı illərdə Anja Spasojevic və Ivana Derisilo kimi dünyaca məçhur voleybolçular yetişdirmişdir. 2008-ci ildə CEV Kubokunda qazanılan final four bileti klubun 22 il sonra Avropa arenasında qazandığı ən böyük uğur idi. 2008-ci ildəki final four yarışlarının Belqrada verilməsi qırmızı-ağlar üçün bəlkə də bir CEV kuboku qazanmaq şansı idi.Yerli azərkeşlər də turnirin son iki oyununda Zrvezdaya dəstək oldu. Mərkəzi arenada böyük izdiham olsa da belqradlılar medal kürsüsünə bu səfər çıxa bilmədi. 2011-ci ildə yenə müvafiq turnirin yarımfinalına qalan komanda bu səfər də çempionluq yaşaya bilmədi. Finalda-Bakıdakı oyunda İtaliyanın Yamamay klubuna məğlub olaraq, Avropada daha bir gümüş medal qazanıldı.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə