Yurqorden FK

Yurqorden (isv. Djurgårdens) — İsveç peşəkar futbol klubu. Ölkənin ən yüksək liqası olan Allsvenskanda çıxış edir.

Yurqorden FK
Djurgårdens IF Fotboll
Loqonun şəkli
Klubun tam adıDjurgårdens Idrottsförenings Fotbollsförening
Ölkəİsveç İsveç
Yaranma tarixi1891
StadionuTele2 Arena
Tutumu30,000
Prezidentiİsveç Bo Andersson
Baş məşqçisiİsveç Kim Berqstrand
İsveç Tomas Laqerlöf
Liqaİsveç Allsvenskan
20234.
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

redaktə

Yurqorden 12 mart 1894-cü ildə Stokholmda yaradılmışdır.[1] Klub ilk uğrunu 1902-ci ildə qazanmışdır. Belə ki həmin mövsüm komanda yalnız İsveç çempionatının finalında məğlub olmuşdur. İlk çempionluğuna isə 1912 mövsümündə qovuşmuşdur.Komanda keçən əsrin ikinci onilliyində və 50-ci illərin ikinci yarısı və 60-cı illərində ortalarında İsveçin öndə gedən klublarından biri idi. 1981-ci il mövsümündən Yurqorden aşağı liqaya düşür və uzun müddət əvvəlki gücünü bərpa edə bilmir.Yeni əsrdə yenidən yüksək liqaya qayıdan paytaxt təmsilçisi 2002, 2003, 2005-ci illərdə ən güclü adını qazanır. 2002 və 2005-ci il mövsümlərində Yurqorden həmçinin ölkə kubokunuda əldə edərək "qızıl dubla" imza atır. 2019 sezonunda klub sayca 12-ci çempionluğunu bayram etdi.

Uğurları

redaktə
  • İsveç çempionatı/Allsvenskan:
    • Çempion (12): 1912, 1915, 1917, 1920, 1955, 1959, 1964, 1966, 2002, 2003, 2005, 2019
    • İkinci yer (3): 1962, 1967, 2001, 2022
  • İsveç kuboku:
    • Qalib (5): 1990, 2002, 2004, 2005, 2018.
    • Finalçı (4): 1951, 1975, 1989, 2013.
  • Ümumi: 17 titul

İstinadlar

redaktə
  1. Andersson, Torbjörn (2002) "Kung fotboll: den svenska fotbollens kulturhistoria från 1800-talets slut till 1950".