Yuxulu dərə (film)

Yuxulu boşluq (ing. Sleepy Hollow) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmi. Film Vaşinqton İrvinqin "Yuxulu boşluq haqqında əfsanə" əsəri əsasında ekranlaşdırılmışdır. Bir çox məşhur filmlərin, o cümlədən, "Bitlcus", "Betmen" kimi filmlərin rejissoru olan Tim Börtonun bu filminin hekayəsi, mühiti və xarakterləriylə klassik sinematoqrafik istiqamətdən bir şah əsərə bənzəyir. Əllinci illərin fantastik qorxu filmlərindəki əksəriyyətlə qara ağ tonların ağırlıqlı olduğu havada olan "Yuxulu boşluq" filminin çəkilişləri üçün İngiltərədə hekayəyə uyğun kiçik bir kənd yenidən bərpa edilmişdir. Bu film ən çox ABŞ, FransaBöyük Britaniyada izlənmişdir.

Yuxulu boşluq
ing. Sleepy Hollow
Filmin afişası
Filmin afişası
JanrQorxu filmi
Əsas mövzufövqəltəbiilik[3], cadugərlik[3], qisas[d][3]
RejissorTim Börton
ProdüserlərSkott Rudin
Adam Şreder
Frensis Ford Koppola
İcraçı prodüserFrensis Ford Koppola
Əsərin müəllifiVaşinqton İrvinq
Ssenari müəllifləriKevin Yaqer
Endryu Kevin Uoker
Baş rollardaConni Depp
Miranda Riçardson
Kristofer Uolken
Maykl Qembon
Kristina Riççi
Liza Meri
OperatorEmmanuel Lubezki
BəstəkarDenni Elfman
RəssamlarRik Haynriks
Ken Kort
Con Dekster
MontajçıKris Lebenzon[d]
İstehsalçılarParamount Pictures
American Zoetrope
Karol Film Productions
Mandalay Pictures
DistribütorUIP-Dunafilm[d], Netflix
İlk baxış tarixi17 noyabr 1999
Filmin növüCinayət trilleri
Müddət105 dəqiqə
Büdcə$100 milyon[1][2]
Gəlir$207,068,340 milyon
ÖlkələrABŞ ABŞ
Almaniya Almaniya
Dillərİngilis dili
Latın dili
İl1999
RəngRəngli
Çəkiliş yeriLondon
IMDbID0162661

Məzmun

redaktə

1799-cu il, Nyu-York. İkabod Kreyn iyirmi dörd yaşında "Konsteybl" vəzifəsində çalışan kiçik gənc zabitdir. Onun zabit olmasına baxmayaraq bəzi qəribəliklərinə görə fərqlənir. İkabodun ölülərdən çəkinməməsinə baxmayaraq, balaca həşəratlardan bərk qorxur. İkabod Nyu-Yorka Yuxulu Boşluq" adlandırılan ilk hollandların məskunlaşdığı Uestçester qraflığının (ing. Westchester County) kəndinə, onun başçılarının köməyi ilə göndərilir ki, başı kəsilən şəxsiyyətlərin ölümü araşdırılsın. Bu ölüm sırasına: Piter Van Qarret, onun oğlu Dirk və dul qadını Elizabet Vinşip. Yeniliyin pioneri olan İkabod meyitlərin yarılması üçün müasir formalı qeyri-adi alətlərindən istifadə edir. İkabod meyitlləri görən zaman əsas olaraq başların olmamasına diqqət yetirir. İkabod tədqiqat işlərini davam etdirərək yeni müxtəlif maraqlı faktlarla qarşılaşır.

İkabod Kreyn varlı fermaçı Baltusun evinə gələn andan ətrafdakılardan üşbhələnməyə başlayır. Amma bu zaman Baltus ona "Başsız atlı" haqqında əhvalatı danışmağa başlayır. Amerika koloniyalarının müharibəsi dövründə (1775–1783) qessen şahzadəsinin alman kavalerlərindən biri yoluna keçən hər bir nəfəri öldürməyə başlayır. Bu kavaler xəncəri ilə birgə dişlərini də itiləmiş və yoluna çıxan adamların hamısının başını kəsmişdir. Lakin onu 1779-cu ildə onu muzdlu əsgərlər izləmiş və "Yuxulu boşluq" adlandırılan bir yerə aparmışlar. Burada onun başı kəsilmiş və bədəni başıyla birgə basdırılmışdır. Artıq kənd sakit bir həyat yaşayacaqdı. Amma həmin hadisələrdən bir neçə müddət keçdikdən sonra kənddə qəddar ölümlər başlayır. Kəndlilərin sözlərinə görə, onların gördükləri qatil "Başsız atlı"dır. Bu əhvalatı qulaq asdıqdan sonra İkabod Kreyn dərhal istintaqını davam etdirməyə başlayır.

İkabodun eşitdiyi maraqlı faktlar onun üçün hal-hazırda yetərli deyildir. "Başsız atlı"nın kəndlilərin başlarını kəsməsi və kəsilmiş başların özü ilə aparması onu çox maraqlandırır. Ona bu işdə az yaşlı uşaq və Katrina böyük köməklik göstərir. Hələ İkabon bura gələn zaman bir mərasimlə rastlaşır. Mərasimdə oyun keçirilir. Oyunun qaydasına görə, gözü bağlı şəxs sevgilisini taparaq onun yanağından öpməlidir. Bankirin qızı Katrina gözünü bağlayaraq oyuna qatılır. Katrina bir şəxsi öpür və gözlərini açaraq yad adamı görür. Bu adam bura yenicə gəlmiş İkaboddur. Məhz bu andan etibarən İkabod ona aşiq olmuşdur.

İkabod Kreyn "Başsız atlı" ilə rastlaşan zaman onun qan axan "Ölülər ağacı"nın içinə girdiyini görür. Buradan aydın olur ki, "Başsız atlı"nın evi buradır. Səhərlər "Başsız atlı" burada yaşayır və gecələr isə ovuna başlayır. İkabod "Ölülər ağacı"nın ətrafında onun qurbanlarının başlarını aşkar edir. Artıq İkabod "Başsız atlı"nın mövcud olmasına inanmağa başlayır. İkabod Kreyn istintaq zamanı konsteyb və Baltus Van Tasseldən şübhələnir. Baltus Van Tassel "Başsız atlı" tərəfindən öldürülən zaman İkabod Katrinadan şübhələir. Bu səbəbdən buranı tərk etmək istəyir. Lakin buradan çıxan zaman yolda qətllər haqqında fikirləşir və qərarra gəlir ki, bu işdə Katrinanın heç bir günahı yoxdur. İkabod geri qayıdan zaman Meri Van Tasselin Katrinanı əsir tutduğunu görür. Meri Van Tassel Katrinanın ögey anasıdır. Əvvəllər qessel tayfasından olan yoluna çıxan adamların başını kəsən döyüşçüyə xəyanət edən balaca əkiz qızlardan biri olub. Meri yaşlandıqca doğma əkiz bacısını öldürmüş və "Başsız atlı"nı diriltmişdir. Meri Van Tassel "Başsız atlı"nın köməyi ilə Tesselin var-dövlətinə sahib olmaq istəyir.

Bu zaman onlar arasında mübarizə gedir. "Başsız atlı" isə yenidən peyda olur. İkabod, az yaşlı uşaq və Katrina evdən qaçmağı bacarırlar. Onlar "Ölülər ağacı"nın ətrafına gəlirlər. Meri "Başsız atlı"ya İkabodu öldürməyi əmr verir. Bu zaman Merinin əlində qotaz olur. Bu qotazın sayəsində "Başsız atlı" idarə olunur. Qotaz sındıqdan sonra artıq "Başsız atlı" bütün idarədən azad olunur və Meri ölümcül halda "Ölülər ağacı"nın içinə aparır. Bütün kənd yenidən iyirmi il bundan əvvəlki kimi sakitdir. İkabod, az yaşlı uşaq və Katrina Nyu-Yorka yola düşürlər və XIX əsri qarşılayırlar.

Rollarda

redaktə
AdRolQeydlər
Conni Deppİkabod KreynFilmin baş qəhrəmanı
Miranda RiçardsonMeri Van TasselQəddar qadın
Kristina RiççiKatrina Enn Van Tasselİkabodun sevdiyi qız
Maykl QembonBattus Van TasselVarlı fermaçı və bankir
Kasper Van DyenBrom Van BrantAristokratdır və Katrinanı sevir
Maykl QofCeyms HardenbukNotarius
Kristofer LiHakimCinayətlərin araşdırılmasında İkaboda kömək edir
Kristofer UolkenBaşsız atlıAlman döyüşçüsü
Alan ArmstronqZabitBaş Konsteybl
Rey Parktitrdə göstərilməyib"Başsız atlı"nın döyüş səhnələrini ifa edən kaskadyor
Liza MeriLedi Kreyn
Meri PikerinqCavan Masbet
Cessika OyeloyoSara
Martin LandauPiter Vann Harrett
İen MakdayarmidHəkim Lankaster
Riçard QriffitsMagistrat Filips
Ceffri ConsStinvik

Mükafatlar

redaktə
MükafatKateqoriyaQazananNəticə
Oskar mükafatı[4]Ən yaxşı incəsənət dekorasiyasıRik Heinriçs, Piter YanQazandı
Ən yaxşı filmEmmanuel LubezkiNamizəd
Ən yaxşı kostyumKolin AtvudNamizəd
BAFTA mükafatı[5]Ən yaxşı kostyumKolin AtvudQazandı
Ən yaxşı istehsalat layihəsiRik HeinriçsQazandı
Ən yaxşı vizual effektlərCim Mitçell, Kevin Yaqer, Coss Vilyams, Peddi İsonNamizəd
Saturn mükafatı:[6]Ən yaxşı aktrisaKristina RiççiQazandı
Ən yaxşı musiqiDenni ElfmanQazandı
Ən yaxşı qorxulu film"Yuxulu boşluq"Namizəd
Ən yaxşı rejissorTim BörtonNamizəd
Ən yaxşı ssenaristEndryu Kevin UalkerNamizəd
Ən yaxşı aktyorConni DeppNamizəd
Ən yaxşı dəstəklənilən aktyorKristofer UalkenNamizəd
Ən yaxşı dəstəklənilən aktrisaMiranda RiçardsonNamizəd
Ən yaxşı kostyumKollen AtvudNamizəd
Ən yaxşı kosmetikaKevin Yaqer, Piter AuenNamizəd
Ən yaxşı xüsusi effektlərCim Mitçell, Coss Vilyams, Kevin Yaqer, Mark S. MillerNamizəd
MTV Film mükafatı[7]Ən yaxşı qəddarKristofer UalkenNamizəd
Amerikan Kinematoqrafist Cəmiyyəti[8]Kinematoqrafiyada görkəmli nailiyyətçiEmmanuel LubezkiNamizəd
Onlayn Film Tənqidçiləri Cəmiyyəti[9]Ən yaxşı KinematoqrafEmmanuel LubezkiQazandı
Santa Fe Film Tənqidçiləri Dairəsi Mükafatları[10]Ən yaxşı KinematoqrafEmmanuel LubezkiQazandı
Yeniyetmə Seçimi Mükafatı[11]Ən yaxşı aktrisa seçimiKristina RiçiNamizəd
Cavan Aktyor Mükafatı[12]Ən yaxşı cavan aktrisaKristina RiçiNamizəd

İstinadlar

redaktə
  1. Sleepy Hollow: A Head of its Time Arxivləşdirilib 2012-10-04 at the Wayback Machine Retrieved: 2010-11-01
  2. "Sleepy Hollow". Box Office Mojo. 2012-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 11, 2013.
  3. 1 2 3 Sleepy Hollow (ing.). 1999.
  4. "Oscar winners in full". BBC Online. 2000-03-27. 2012-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-12.
  5. "Full list of BAFTA winners". BBC Online. 2000-04-09. 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-12.
  6. "Past Award Winners". Academy of Science Fiction, Fantasy & Horror Films. 2014-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-26.
  7. "1999 MTV Movie Awards". MTV Movie Awards. 2015-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-26.
  8. "Golden Globes 2015 nominations". BBC News. December 11, 2014. January 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 11, 2014.
  9. "1999 Awards (3rd Annual)". Online Film Critics Society. January 2, 2000. January 21, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 2, 2000.
  10. "The Santa Fe Film Critics Circle Awards". Santa Fe Film Critics Circle Awards. January 2, 2000. March 25, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 2, 2000.
  11. "200 Teen Choice Awards". Teen Choice Awards. August 6, 2000. December 4, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 6, 2000.
  12. "Twentyfirst Annual Young Artist Awards 1998–1999". Young Artist Awards. March 19, 2000. July 19, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 19, 2000.

Xarici keçidlər

redaktə