Zaltsburq qalası

Zaltsburq qalası (alm. Hohensalzburg‎) — Avstriyanın, Almaniya sərhədinə yaxın Zalsburq şəhərində yerləşən qala. 250 metr uzunluq və 150 metr eni ilə Avropanın bu günə qədər gəlmiş ən böyük orta əsr qalalarından biridir.

Zaltsburq qalası
Hohensalzburg
Xəritə
47°47′42″ şm. e. 13°02′49″ ş. u.
ÖlkəAvstriya Avstriya
YerləşirZalsburq[1]
Tikilmə tarixi1077
Rəsmi saytsalzburg-burgen.at/de/ho…
İstinad nöm.60894
KateqoriyaKompleks
Zaltsburq qalası (Avstriya)
Zaltsburq qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tikintinin başlanğıc tarixi 1077-ci ilə qədər uzanır. Qoruyucu ətraf divarları 1462-ci ildə əlavə edilmişdir. 1515-ci ildə ilk funikulyor çıxışı edilmişdir və hazırda qalaya çıxmaq üçün hələ də bu dünyanın ən qədim funikulyor xətti istifadə edilməkdədir.

1525-ci ildə, otuz il müharibələri səbəbi ilə Zaltsburq şəhərinin qorunması məqsədilə qala da gücləndirilmiş, qapılar və top atəş nöqtələri əlavə edilmişdir.

I Dünya Müharibəsində İtaliya məhkumları üçün və 1930-cu ildə də Nasistlər tərəfindən həbsxana kimi istifadə edilmişdir.

Günümüzdə Zalsburq şəhərinin mühüm turist məntəqələrindən biridir.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə